Jülyen de Frepon ANAMA əməkdaşının minaya düşərək həlak olması ilə əlaqədar başsağlığı verib
Far.Az xəbər saytı

Jülyen de Frepon ANAMA əməkdaşının minaya düşərək həlak olması ilə əlaqədar başsağlığı verib


Belçikanın Azərbaycandakı səfiri Jülyen de Frepon Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində tank əleyhinə minaya düşərək həlak olan Azərbaycanın Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Metili Muqanın ailəsinə və həmkarlarına başsağlığı verib.

"Report" xəbər verir ki, diplomat müvafiq paylaşımı "X" sosial şəbəkəsində edib.

"Mən vəzifə borcunu yerinə yetirərkən faciəli şəkildə həlak olan Metili Muqanın ailəsinə və həmkarlarına səmimi başsağlığımı bildirirəm. Düşüncələrim ANAMA ilə və Azərbaycanın zərər çəkmiş bölgələrində minatəmizləmə sahəsində cəsarətlə çalışanlarladır", - bəyanatda deyilir.

Xatırladaq ki, bu gün ANAMA-nın əməkdaşı Metili Muqan Rafail oğlu (1995-ci il təvəllüdlü) xidməti vəzifələrini yerinə yetirərkən tank əleyhinə minaya düşərək həlak olub.

Oxşar xəbərlər

Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM
Vətən müharibəsinin başlamasından 4 il ötür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər