Boztəpə kanalının yenidən qurulmasının I mərhələsi yekunlaşıb
Far.Az xəbər saytı

Boztəpə kanalının yenidən qurulmasının I mərhələsi yekunlaşıb


Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi bərpasına 2022-ci ildə başladığı Boztəpə suvarma kanalının yenidən qurulmasının I mərhələsini yekunlaşdırıb.

“Report” agentliyə istinadən xəbər verir ki, mənbəyini Araz çayından götürən, 42,4 km uzunluğunda kanalın yenidən qurulması nəticəsində İmişli rayonunda 8 884 ha, Beyləqan rayonunda isə 891 ha olmaqla, ümumilikdə 9775 ha torpaq sahəsi suvarma suyu ilə təmin olunması yaxşılaşıb.

Kanalda tikinti işləri başa çatıb, SCADA sistemlərinin inteqrasiyası üçün isə işlər davam etməkdədir.

Boztəpə suvarma kanalının su buraxma qabiliyyəti 8,6 kub m/san, uzunluğu isə 42,4 km-dir. Suvarma kanalı üzərində sudü­şürən, suburaxan, supaylayıcı, borulu keçid və səviyyəqaldıran olmaqla ümumilikdə 186 hidrotexniki qurğu var.

Oxşar xəbərlər

“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Azərbaycanda torpaqların bir kateqoriyadan digərinə keçirilməsi qaydaları təsdiqlənib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Şəkidə suvarma mövsümü yekunlaşıb, dağ çaylarında mühafizə tədbirləri görülür
İlham Əliyev Kəlbəcərdə “Zar” KSES-in və SCADA sistemi vasitəsilə Göygöldə “Toğanalı” KSES-in açılışını edib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər