Kürşad Zorlu: Türk dünyasında pasportsuz turizmi dəstəkləyirik
Far.Az xəbər saytı

Kürşad Zorlu: Türk dünyasında pasportsuz turizmi dəstəkləyirik


Türkiyə rəhbərliyi Türk dövlətləri arasında turizmin inkişafı yolunda mövcud maneələrin aradan qaldırılmasına yönəlmiş təşəbbüsləri dəstəkləyir.

"Report"un Türkiyə bürosunun məlumatına görə, bu fikirləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini (AKP), millət vəkili Kürşad Zorlu Ankaranın 2026-cı il üçün Türk Dünyası Turizm Paytaxtı seçilməsi çərçivəsində təşkil edilən 7-ci Beynəlxalq Səyahət və Turizm Dinamikası Konqresində bildirib.

O deyib ki, Türkiyə TDT-yə üzv ölkələr arasında səfərlərin pasportsuz əsasda həyata keçirilməsi ilə bağlı razılaşmaların əldə olunmasının, eləcə də vahid muzey kartı tətbiqinin tərəfdarıdır:

"Bu, bir prosesdir və məmnuniyyətlə qeyd edirik ki, müsbət irəliləyişlər var".

K. Zorlu qeyd edib ki, TDT məkanında turizm potensialının təşviqinə dair təşəbbüslər yaxın zamanda Türkiyənin aviaşirkətlərinin rəhbərliyinə təqdim olunacaq.

Qeyd edək ki, aprelin 15-16-da Ankarada baş tutan beynəlxalq tədbirdə türk dünyasından Azərbaycan, Türkiyə, Qırğızstan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Macarıstan, Bolqarıstandan olan mütəxəssislər müxtəlif mövzularda təşkil olunan panellərdə iştirak edərək, turizm və hotelçiliklə bağlı müzakirələr aparacaqlar.

Oxşar xəbərlər

İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər