Paşinyandan Tramp marşrutu ilə bağlı açıqlama
Nikol Paşinyan bildirib ki, İrəvan və Vaşinqton Tramp marşrutu (TRIPP) layihəsini qısa müddətdə həyata keçirmək istəyirlər.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, Nikol Paşinyan parlamentdə keçirilən hökumət saatı zamanı qeyd edib ki, İrəvan Vaşinqtondan layihəyə ən yüksək səviyyədə marağın qorunması barədə təminat alıb.
"Son vaxtlar icra tempi daha da sürətlənib. Bir neçə gün əvvəl marşrut çərçivəsində elektrik ötürücü xətlərinin tikintisi məsələsi planlaşdırılmış müddətdən əvvəl müzakirə olunub. Layihənin tempinin sürətləndirilməsində Bakı da maraqlıdır", - deyə baş nazir qeyd edib.
Xatırladaq ki, bir ay əvvəl Nikol Paşinyan İran ətrafındakı hadisələrin TRIPP layihəsinin reallaşdırılma müddətini təxirə sala biləcəyini bildirmişdi. Bu gün isə o, müəyyən narahatlıqların həqiqətən mövcud olduğunu qeyd edib. Lakin yaxın vaxtlarda layihəyə cəlb olunma səviyyəsinin yalnız artacağı vurğulanıb.
Oxşar xəbərlər
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Bakı Uşaq və Gənclər Teatrı yeni layihəyə start verib.
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
Leyla Əliyeva Qəbələdə "Gənc arıçı" layihəsinin iştirakçısı ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan BP ilə birgə enerji layihələrinin inkişafını müzakirə edib – Yenilənib
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu
-
Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin cari gündəliyi müzakirə olunub













