Bakıda katarakta əməliyyatı rekord qısa müddətdə - 1 dəqiqə 39 saniyə ərzində icra olunub
Far.Az xəbər saytı

Bakıda katarakta əməliyyatı rekord qısa müddətdə - 1 dəqiqə 39 saniyə ərzində icra olunub


Bakıda fəaliyyət göstərən İstanbul NS Klinikasında katarakta əməliyyatı rekord qısa müddətdə - 1 dəqiqə 39 saniyə ərzində uğurla icra edilib.

Əməliyyatı 20 ildən artıq təcrübəyə malik cərrah-oftalmoloq Ergün Rəşidəlizadə həyata keçirib.

Məlumata görə, katarakta görmə zəifliyinin əsas səbəblərindən biri olmaqla yanaşı, müasir tibbdə effektiv şəkildə müalicə olunan xəstəliklər sırasındadır.

Həkim qeyd edib ki, əməliyyat müddətinin qısaldılması bir sıra klinik üstünlüklər yaradır:

"Bəzi hallarda əməliyyat sedasiya və ya ümumi anesteziya altında aparılır. Bu zaman prosedurun qısa müddətdə tamamlanması narkozun təsirinin minimuma endirilməsi baxımından əhəmiyyətlidir. Eyni zamanda, əməliyyatın qısa davam etməsi göz toxumalarına düşən mexaniki yükü azaldır".

Mütəxəssis bildirib ki, əldə olunan nəticə müasir mikro-cərrahi texnologiyaların və optimal texniki yanaşmaların tətbiqi ilə mümkün olub.

Ekspertlər vətəndaşlara görmə ilə bağlı problemlər yarandıqda vaxtında həkimə müraciət etməyi tövsiyə edir.

Bakıda katarakta əməliyyatı rekord qısa müddətdə - 1 dəqiqə 39 saniyə ərzində icra olunub

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycanda klinik protokol çatışmazlığı: Həkimlər və xəstələr üçün RİSKLƏR
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər