Sahibə Qafarova: Yalnız birgə fəaliyyət vasitəsilə ədalətli dünya qurmaq mümkündür
Far.Az xəbər saytı

Sahibə Qafarova: Yalnız birgə fəaliyyət vasitəsilə ədalətli dünya qurmaq mümkündür


Yalnız birgə fəaliyyət vasitəsilə daha sülhsevər və ədalətli dünya qurmaq mümkündür.

"Report" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova İstanbulda Parlamentlərarası İttifaqın 152-ci Assambleyasının iclasında çıxışı zamanı deyib.

O bildirib ki, dünyada artan qeyri-müəyyənlik dövründə münaqişələr davam edir, gərginlik artır, böhranlar dərinləşir və bərabərsizliklər genişlənir.

Onun sözlərinə görə, bu meyillər sülhün və ədalətin təməllərini sarsıtmaq riski yaradır. S. Qafarova bildirib ki, parlament üzvləri sülhü təşviq etməli, ədaləti qorumalı və gələcək nəsillərin maraqlarının qərarlarda əks olunmasını təmin etməlidir: "Parlamentlərarası İttifaq qlobal idarəetmədə səsimizin daha güclü eşidilməsində böyük rol oynayır".

Oxşar xəbərlər

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Sahibə Qafarova BƏƏ-dən olan həmkarı ilə parlamentlərarası əlaqələri müzakirə edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İstanbulda soydaşlarımız üçün Ramazan ayı münasibətilə iftar mərasimi təşkil edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər