Avropa çempionatı: Azərbaycan cüdoçusu Kənan Nəsibov da mübarizəni dayandırıb - YENİLƏNİB-2
Azərbaycan cüdoçusu Kənan Nəsibov (+100 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında mübarizəni dayandırıb.
"Report"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, 1/8 finalda Erik Abramovla (Almaniya) üz-üzə gələn təmsilçimiz rəqibinə məğlub olub.
Bu gün mübarizəyə qoşulan idmançımız Madina Kaisinova (+78 kq) da yarışla erkən vidalaşıb.
Xatırladaq ki, Avropa çempionatı bu gün başa çatacaq. Daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq), Turan Bayramov (66 kq) və Zelim Tçkayev (81 kq) bürünc medal qazanıblar.
Azərbaycan cüdoçusu Madina Kaisinova (+78 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında məğlub olub.
"Report"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, 1/16 finalda Elis Startseva (Rusiya) ilə qarşılaşan təmsilçimiz uduzaraq mübarizəni dayandırıb.
Bu gün Kənan Nəsibov (+100 kq) da tatamiyə çıxacaq.
Xatırladaq ki, Avropa çempionatı bu gün başa çatacaq. Daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq), Turan Bayramov (66 kq) və Zelim Tçkayev (81 kq) bürünc medal qazanıblar.
Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.
"Report"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, idmançı 1/16 finalda Nikola Pavlovski (Şimali Makedoniya) ilə üz-üzə gəlib.
Rəqibini məğlub edən olimpiya çempionu növbəti raunda vəsiqə qazanıb.
Bu gün Kənan Nəsibov (+100 kq) və Madina Kaisinova (+78 kq) da tatamiyə çıxacaqlar.
Xatırladaq ki, Avropa çempionatı bu gün başa çatacaq. Daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq), Turan Bayramov (66 kq) və Zelim Tçkayev (81 kq) bürünc medal qazanıblar.
Oxşar xəbərlər
Hidayət Heydərov Avropa çempionatının gümüş medalını qazanıb - YENİLƏNİB-4
Azərbayan cüdoçusu Zelim Tçkayev Avropa çempipnatında yarımfinala yüksəlib
Avropa çempionatı: Şəfəq Həmidova bürünc medal uğrunda görüşdə uduzub - YENİLƏNİB-12
Azərbayan cüdoçusu Zelim Tçkayev Avropa çempionatında bürünc medal qazanıb - YENİLƏNİB
Avropa çempionatı: Balabəy Ağayev də bürünc medal uğrunda görüşə vəsiqə əldə edib - YENİLƏNİB-10
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Robert Fitso Serbiyada parlament seçkiləri öncəsi Vuçiçə dəstək verib
-
Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb
-
Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb
-
Tramp: İran nüvə silahını yaratmaq planlarından imtina edib
-
İngiltərə yığması Xorvatiyaya tarixində ən böyük məğlubiyyəti yaşadıb
-
Qubada yol tamamilə çökdü













