Naxçıvanda 9 ayda vergi ödəyicilərinə xidmət mərkəzlərində 32 minə yaxın şəxs qəbul edilib
Far.Az xəbər saytı

Naxçıvanda 9 ayda vergi ödəyicilərinə xidmət mərkəzlərində 32 minə yaxın şəxs qəbul edilib


Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 31 641 şəxs qəbul edilib.

"Report"un yerli bürosu xəbər verir ki, mərkəzlərdə vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 41 546 xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8 % çoxdur.

Ümumi xidmətlərin 91 %-ni 9 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:

• Bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;

• Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması;

• Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;

• Asanİmza sertifikatının verilməsi;

• Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;

• Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;

• Vergi ödəyicisinə arayışların verilməsi;

• Vergi ödəyicisinin fəaliyyətinin bərpası;

• Fiziki şəxsin uçotdan çıxarılması.

9 ay ərzində vergi ödəyicilərinə 366 119 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Dövr ərzində vergi ödəyiciləri ilə 70 görüş keçirilib, 501 sayda ünvanlı xidmət göstərilib.

Oxşar xəbərlər

“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
İcbari tibbi sığorta ilə qarşılanan laborator və funksional diaqnostik müayinələr açıqlanıb
Son doqquz ayda TƏBİB tabeli xəstəxanalarda 274 mindən çox cərrahi əməliyyat icra olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər