Magistralda "protiv" gedirdi - Saxlanıldı
Far.Az xəbər saytı

Magistralda "protiv" gedirdi - Saxlanıldı


Ələt-Astara yolunun Cəlilabaddan keçən hissəsində qaydaları kobud şəkildə pozan sürücü görüntülənib.

BAKU.WS "Avtosfer"ə istinadən xəbər verir ki, hadisə aprelin 19-u saat 10:07 radələrində qeydə alınıb.

Bildirilib ki, 15-BL-502 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobilin sürücüsü əks istiqamətli yola çıxaraq bu vəziyyətdə hərəkətini davam etdirib. Nəticədə o, qarşıdan gələn nəqliyyat vasitəsi üçün qəza şəraiti yaradıb. Şikayətçinin sözlərinə görə, o, son anda sağa manevr edərək baş verə biləcək ağır yol-nəqliyyat hadisəsinin qarşısını alıb.

Magistralda

Baş Dövlət Yol Polisi İdarəsindən qeyd edilib ki, Yol Patrul Xidməti alayının əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində sürücünün Cəlilabad rayonu Şıxlar kənd sakini Mənsimov Natiq Davud oğlu olduğu müəyyən edilib və o saxlanılıb.

Nəqliyyat vasitəsi cərimə meydançasına yerləşdirilib. Faktla bağlı araşdırmalar davam etdirilir və nəticəsindən asılı olaraq sürücü barəsində qanunvericiliyə uyğun tədbirlərin görüləcəyi bildirilib.

Sözügedən görüntüləri təqdim edirik:

Oxşar xəbərlər

Ələt-Astara avtomobil yolunun Cəlilabad və Biləsuvardan keçən hissəsi qəzalı vəziyyətə düşüb
Xətai rayonunda qaydaları kobud şəkildə pozan sürücülər məsuliyyətə cəlb edilib
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
Ələt-Astara yolunda zəncirvari qəza: Yeddi nəfər xəsarət alıb
20 su emalı müəssisəsində mikrobioloji çirklənmə aşkarlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər