Azərbaycanda icmal büdcəyə daxil olan fondların büdcəsinin icrası audit ediləcək
Far.Az xəbər saytı

Azərbaycanda icmal büdcəyə daxil olan fondların büdcəsinin icrası audit ediləcək


Hesablama Palatası bu il həm Dövlət Neft Fondunun, həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun, həm də nazirlik yanında İşsizlikdən Sığorta Fondunun büdcəsinin icrasının auditini həyata keçirməyi planlaşdırır.

"Far.Az" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Palatanın sədri Vüqar Gülməmmədov bildirib.

"Hazırda icmal büdcəyə daxil olan fondlar böyümə tempi dövlət büdcəsinin artım tempini üstələyir", - deyə o qeyd edib.

Bundan başqa, sədrin sözlərinə görə, Azərbaycanda gələcəkdə smart auditlərin həyata keçirilməsi planlaşdırılır: "Palata auditin strateji tərəfdaşlıq və dəyər yaratma komponentlərini özündə birləşdirən müasir modelinə doğru irəliləmək istəyir. Qarşıdakı dövr üçün qəbul edilmiş 2026-2030-cu illər üzrə strateji planın əsas qayəsi dövlət auditində daha çox yüksək texnologiyaların istifadəsidir. Bu isə auditor mühakiməsini və skeptisizmini bir qədər də artıracaq. Biz gələcəkdə dəyər-mənfəət auditlərinə diqqət yetirəcəyik, daha yaradıcı və smart auditlərdən istifadə etməyə çalışacağıq".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Nazirlik sel təhlükəsi zamanı qorunmağın yollarını göstərdi
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər