Bürcləri bu həftə nələr GÖZLƏYİR?
Far.Az xəbər saytı

Bürcləri bu həftə nələr GÖZLƏYİR?


Astroloqlar 20–27 aprel 2026-cı il tarixlərini "ilin ən çətin həftəsi" kimi qiymətləndirib. Onun sözlərinə görə, Mars və Saturnun Qoç bürcündə birləşməsi bir sıra bürclər üçün təzyiq, gecikmələr və səbr sınaqları yarada bilər.

BAKU.WS xəbər verir ki, bu astroloji təsir dövründə hərəkətlərin daha planlı olması və emosional qərarlardan uzaq durmaq vacibdir.

Astroloji proqnozlara əsasən, Qoç bürcü maliyyə məsələlərinə fokuslanacaq, Buğada şəxsi motivasiya artacaq, Əkizlər daha çox daxili rahatlığa ehtiyac duyacaq. Xərçəng bürcü sosial çevrədə aktivlik yaşayacaq, Şir karyera məsələlərinə yönələcək, Qız isə təhsil və xarici əlaqələrdə inkişaf imkanı əldə edəcək.

Tərəzi bürcündə ortaq maliyyə məsələləri ön plana çıxır, Əqrəb münasibətlərdə mühüm qərarlarla üzləşə bilər. Oxatan gündəlik iş rejimi və sağlamlığa diqqət yetirəcək, Oğlaq şəxsi həyat və yaradıcılıq sahəsində aktivləşəcək. Dolça ailə və ev məsələlərinə fokuslanacaq, Balıqlar isə ünsiyyət və yaxın çevrə ilə bağlı dəyişikliklər yaşayacaq.

Astroloqlar bu dövrdə səbrli davranmağın və planlı addımlar atmağın vacibliyini vurğulayırlar.

Oxşar xəbərlər

Bir-biri ilə yola gedən və getməyən BÜRCLƏR
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər