Maksim Prevo: Aİ Azərbaycan və Ermənistanı siyasi və iqtisadi cəhətdən dəstəkləməlidir
Avropa İttifaqı (Aİ) Cənubi Qafqaz regionunda sabitləşmə və Ermənistanla Azərbaycan arasında normallaşmada daha fəal rol oynamalıdır.
"Report"un Avropa bürosu xəbər verir ki, bu barədə Maksim Prevo Lüksemburqda keçirilən Xarici İşlər Şurasının iclasından əvvəl bildirib.
"Bu ölkələri Avropa dinamikasında möhkəmləndirmək üçün həm siyasi, həm də iqtisadi dəstək vermək lazımdır", - Prevo deyib.
O, həmçinin Bakı və İrəvan arasında sülh sazişinin imzalanmasının sürətləndirilməsinin vacibliyini qeyd edib.
"Mən bu yaxınlarda Qafqazdakı, xüsusən də Azərbaycan və Ermənistandakı həmkarlarımla telefon danışıqları apardım və biz sülh sazişinin yaxın vaxtlarda imzalana biləcəyinə ümid edirik", - o qeyd edib.
O, həmçinin bildirib ki, beynəlxalq gündəlik həddindən artıq yüklü olaraq qalır, ancaq Avropa dövlətləri Cənubi Qafqazdakı prosesləri diqqətdən kənarda qoymamalıdır.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan və Gürcüstan qəhvəyi mərmər bağacığına qarşı mübarizədə birgə işçi qrupu yaradacaq
-
4 ərazidə təmir-bərpa işləri başa çatdırılıb
-
Zelenski: Ukrayna ordusunun Donbasdan çıxarılması strateji məğlubiyyət olar
-
Bakıda metronun işləməməsi ilə bağlı yeni qərar verildi, bəzi avtobuslar sərnişinləri pulsuz daşıyır
-
Ermənistanda "Nestle" uşaq qidasında toksin tapıldı: 10 tona yaxın məhsul məhv edildi
-
"Neftçi" ilə oyunda "Zirə"nin qaydalar çərçivəsində qol vurmadığı təsdiqlənib













