"SOCAR PETROLEUM" Xəzər dənizində "gəmidən gəmiyə" üsulu ilə yanacaq təchizatı əməliyyatlarına start verib
"SOCAR PETROLEUM" QSC Xəzər dənizinin akvatoriyasında "gəmidən gəmiyə" üsulu ilə yanacaq təchizatı (bunkerləmə) əməliyyatlarına başladığını elan edib. Bu addım şirkətin inkişafında yeni mərhələ olmaqla yanaşı, Azərbaycanın dəniz logistikasında və yanacaq təchizatı sahəsində mövqeyini daha da gücləndirir.
BAKU.WS xəbər verir ki, "Gəmidən gəmiyə" (ship-to-ship) üsulu ilə həyata keçirilən ilk bunkerləmə əməliyyatı beynəlxalq standartlara uyğun olaraq uğurla reallaşdırılıb. Bu yanaşma gəmilərin limana daxil olmadan operativ şəkildə yanacaqla təmin olunmasına imkan yaradır və xidmətin səmərəliliyini əhəmiyyətli dərəcədə artırır.
Uğurlu start şirkətin yüksək əməliyyat hazırlığını və peşəkar kompetensiyasını, eləcə də bütün proseslərin beynəlxalq tələblərə uyğun icra olunduğunu bir daha təsdiqləyib.
Gələcək mərhələdə "SOCAR PETROLEUM" bunkerləmə əməliyyatlarının genişləndirilməsini, yüksək keyfiyyətli DMA, IFO, VLSFO və MGO (ISO 8217) standartına uyğun dəniz yanacağının tətbiqini və təchizat infrastrukturunun inkişafını planlaşdırır.
Bu fəaliyyət istiqamətinin başlanması Xəzər regionunda dəniz infrastrukturunun inkişafına mühüm töhfə verməklə bərabər, Azərbaycanın beynəlxalq nəqliyyat və enerji dəhlizlərində rolunu gücləndirir, həmçinin ölkənin tranzit potensialının artmasına əlavə imkanlar yaradır.
Qeyd edək ki, bunkerləmə əməliyyatı dənizçilik terminologiyasında gəmilərin hərəkətini və daxili sistemlərinin işləməsini təmin etmək üçün onlara yanacaq və sürtkü yağlarının vurulması prosesidir. Bu proses texniki icra üsuluna görə "gəmidən-gəmiyə" və "sahildən-gəmiyə" olmaqla reallaşdırılır.
Oxşar xəbərlər
Səlahiyyətli nümayəndə: Naxçıvanda sahibkarlığın inkişafında keyfiyyətcə yeni mərhələ başlayıb
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan və Gürcüstan qəhvəyi mərmər bağacığına qarşı mübarizədə birgə işçi qrupu yaradacaq
-
4 ərazidə təmir-bərpa işləri başa çatdırılıb
-
Zelenski: Ukrayna ordusunun Donbasdan çıxarılması strateji məğlubiyyət olar
-
Ermənistanda "Nestle" uşaq qidasında toksin tapıldı: 10 tona yaxın məhsul məhv edildi
-
"Neftçi" bəyanat yayıb: "Bir çox hakimlər komandamıza qarşı qərəzli mövqe sərgiləyib"
-
Bakıda qanunsuz parklanma yeri yaradıb sürücülərdən pul alırlar?













