Masazırda YOL PROBLEMİ: "Maşınlar sıradan çıxır
Far.Az xəbər saytı

Masazırda YOL PROBLEMİ: "Maşınlar sıradan çıxır


Masazır qəsəbəsinin sakinləri yaşadıqları ərazidə yolların bərbad vəziyyətdə olmasından şikayətçidirlər.

Problemlə bağlı Baku TV-nin qaynar xəttinə müraciət edən vətəndaşlar bildiriblər ki, ikitərəfli yolun hər iki istiqaməti yararsız haldadır.

Mövcud vəziyyət həm sakinlərin, həm də sürücülərin hərəkətində ciddi çətinliklər yaradır. Yolların kələ-kötür olması avtomobillərin texniki vəziyyətinə də mənfi təsir göstərir.

"Yolların bərbad halda olmasına görə maşınlar sıradan çıxır, "peredok" dağılır", - sürücülərdən biri söyləyib.

Digər bir sürücü isə qeyd edib ki, yağışlı günlərdə əraziyə daxil olmaq qeyri-mümkündür: "Yaxşı ki, bura quru havada gəlmisiniz. Yağış yağanda burada hərəkət etmək mümkün deyil. Yollara baxan da yoxdur".

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən ərazidə hazırda "Qurtuluş 93" MTK tərəfindən kommunikasiya xətlərinin dəyişdirilməsi prosesi həyata keçirilir.

İcra Hakimiyyətindən verilən məlumata görə, MTK-nın götürdüyü öhdəliyə əsasən, qeyd olunan işlər yekunlaşandan sonra yol əsaslı şəkildə təmir ediləcək.

Oxşar xəbərlər

Masazır əhalisinə ŞAD XƏBƏR - artıq YEKUNLAŞIR
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər