Rusiya Xarkov və Xersona hücum edib, ölənlər və yaralananlar var
Rusiya Silahlı Qüvvələri Ukraynanın Xarkov və Xerson vilayətlərinə hücum edib, nəticədə 2 nəfər həlak olub, 26 nəfər yaralanıb.
"Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Vilayət Hərbi administrasiyalarının rəhbərləri məlumat verib.
Xarkov Vilayət Hərbi Administrasiyasının rəisi Oleq Sinequbov bildirib ki, ötən sutka ərzində Rusiya qoşunları vilayət mərkəzinə və regionun 22 yaşayış məntəqəsinə zərbələr endirib.
"Xarkov vilayətinin atəşə tutulması nəticəsində bir nəfər həlak olub, daha 20 nəfər yaralanıb", - o qeyd edib.
Öz növbəsində, Xerson Vilayət Hərbi Administrasiyasının rəisi Aleksandr Prokudin bildirib ki, Xerson vilayətində hücumlar nəticəsində bir nəfər həlak olub, daha altı nəfər yaralanıb.
Oxşar xəbərlər
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Rusiya Xarkov, Xerson və Sumını bombalayıb, 13 nəfər yaralanıb
Rusiya ordusu Ukraynanın dörd vilayətini atəşə tutub: 5 ölü, 50 yaralı var - YENİLƏNİB
Rusiya Ukraynanın üç vilayətinə zərbələr endirib
Rusiya Ukraynanın üç vilayətinə zərbə endirib, 3 nəfər ölüb, 16 nəfər xəsarət alıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İrəvanda İspaniyanın fəxri konsulluğu açılıb
-
Bakı metropolitenində qatarların sabahkı hərəkət qrafikinə dəyişikliklər edilib
-
"Lufthansa" yanacaq çatışmazlığı səbəbindən on minlərlə uçuşu ləğv edib
-
"Tasnim": Qalibafın müşavirinin ABŞ ilə danışıqlar barədə fikri onun mövqeyini əks etdirmir - YENİLƏNİB
-
İran hesab edir ki, ABŞ atəşkəsi uzatmaqla vaxt qazanmağa çalışır
-
ABŞ Çini cilovlamaq təşəbbüsü üçün 12 milyard dollar ayıra bilər













