Qolamreza Nuri: İranın ərzaq təhlükəsizliyi tam təmin edilib
Far.Az xəbər saytı

Qolamreza Nuri: İranın ərzaq təhlükəsizliyi tam təmin edilib


İranın kənd təsərrüfatı naziri Qolamreza Nuri bildirib ki, ABŞ-nin hərbi-dəniz blokadası ölkənin mal və ərzaqla təchizatına demək olar ki, təsir göstərməyib.

"Far.Az" xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti IRNA-ya istinadən məlumat yayıb.

Onun sözlərinə görə, bu, daxili istehsalın yüksək səviyyəsi və alternativ idxal marşrutları ilə bağlıdır.

"ABŞ-nin hərbi-dəniz blokadasına baxmayaraq, əhalinin əsas mallar və ərzaq məhsulları ilə təminatında problem yoxdur, çünki ölkənin coğrafi xüsusiyyətləri sayəsində müxtəlif sərhədlər vasitəsilə idxal mümkündür", - o deyib.

Nuri əlavə edib ki, kənd təsərrüfatı məhsullarının və ilkin tələbat mallarının təxminən 85 %-i ölkə daxilində istehsal olunur, bununla əlaqədar olaraq İranın ərzaq təhlükəsizliyi sabitdir və risklərə məruz qalmır.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb və bir sıra şəhərlərə aviazərbələr endirib. Həmin gün zərbələr nəticəsində İranın ali lideri Əli Xamenei öldürülüb. Buna cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.

İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər.

Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar keçirilib. Uzunmüddətli müzakirələr razılaşma əldə olunmadan başa çatıb.

Tehrana təzyiq vasitəsi kimi ABŞ İran limanlarının və Hörmüz boğazından keçidin blokadaya alındığını bildirib. Öz növbəsində İran Hörmüzün artıq Fars körfəzi ölkələrinə gedən gəmilər üçün blokadaya alındığını bəyan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət dünya enerji böhranına səbəb olub.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
SOCAR "MVM ONEnergy" ilə qaz təchizatına dair yeni saziş imzalayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər