"Ukrtransnafta" MOL şirkətinə "Drujba" ilə neft tədarük etməyə hazır olduğunu bildirib
Far.Az xəbər saytı

"Ukrtransnafta" MOL şirkətinə "Drujba" ilə neft tədarük etməyə hazır olduğunu bildirib


"Drujba" neft kəmərinin Ukrayna hissəsinin istismarına cavabdeh olan "Ukrtransnafta" Dövlət Səhmdar Cəmiyyəti, Macarıstanın MOL şirkətinə boru kəmərində təmir işlərinin başa çatdığını bildirib.

"Report" xəbər verir ki, bu barədə MOL-un saytındakı məlumatda qeyd olunub.

""Ukrtransnafta" Macarıstana və Slovakiyaya xam neft tranzitini bərpa etməyə hazırdır", – məlumatda bildirilib.

Qeyd olunub ki, şirkət həmçinin 2026-cı il yanvarın 27-dən qüvvədə olan fors-major hallarının fəaliyyətinin dayandırılması barədə bildiriş alıb. Fors-major vəziyyəti rəsmi olaraq aprelin 21-i saat 18:00-da aradan qaldırılıb.

Macarıstan və Slovakiya "Drujba" ilə Rusiya neftinin tranzitinin bərpasını Ukrayna üçün 90 milyard avro məbləğində kreditin blokdan çıxarılmasının və Avropa İttifaqının Rusiyaya qarşı 20-ci sanksiyalar paketinin nəzərdən keçirilməsinin əsas şərti adlandırırdı.

Qeyd edək ki, "Drujba" ilə Slovakiya və Macarıstana neft tranziti Rusiya pilotsuz uçuş aparatının zərbəsindən sonra yaranan zədələnmə səbəbindən 2026-cı il yanvarın 27-də dayandırılmışdı. Slovakiya və Macarıstan dəfələrlə Ukraynadan bu boru kəməri ilə neft tranzitinin bərpa edilməsini tələb edirdilər.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
BŞİH: Qarlı havalara hazırlıqla bağlı müşavirələr başa çatıb, hər bir rayona cavabdeh şəxs təyin edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər