Azər Əmiraslanov: "Maliyyə lizinqi ilk öncə alternativ maliyyə mexanizmidir"
Azərbaycanda maliyyə lizinqi, maliyyə icarəsi şirkətlərinin yaranması və belə bir xidmətin genişləndirilməsi bir məqsəd deyil.
"Far.Az" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Azər Əmiraslanov bildirib.
"Bu, ilk növbədə alternativ maliyyə mexanizminin yaradılması imkanıdır. Bu gün ən aktual məsələ iqtisadi artımın maliyyələşdirilməsi, sahibkarlıq üçün investisiya imkanlarının və maliyyə resurslarının əlçatanlığıdır. Bu, alternativ maliyyələşmə mexanizmi kimi məhz həmin hədəflərə nail olmağımıza imkan verir", - deyə o qeyd edib.
Deputatın sözlərinə görə, maliyyə lizinqi şirkətləri dünyada geniş yayılıb və o, maliyyə bazarının əsas subyekti hesab olunur: "Buna görə də Azərbaycan Mərkəzi Bankının məhz belə bir layihə hazırlaması təsadüfi deyil. Bank maliyyə bazarının əsas tənzimləyicisidir və bu cür şirkətlər də maliyyə bazarının subyekti kimi bu bazara daxil olur. Məhz bu baxımdan hesab edirik ki, alternativ maliyyələşmə mexanizmi kimi bu qurumların gələcəkdə çox böyük əhəmiyyəti olacaq. Həm də bu, bir növ fundamental maliyyə vasitəçiliyi alətidir. Çünki bir tərəfdən, sərbəst pul vəsaitləri yaranır, digər tərəfdən isə vəsaitə ehtiyacı olan sahibkarlıq qurumları, bu vəsaitə ehtiyacı olan subyektlər məhz maliyyə lizinqi şirkətləri də bu vasitəçilik vasitəsilə həm bir tərəfdən pul kütləsini tənzimləyir, digər bir tərəfdən də iqtisadiyyatın maliyyə vəsaitlərinə olan ehtiyacını ödəyir".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İrəvanda İspaniyanın fəxri konsulluğu açılıb
-
"Tasnim": Qalibafın müşavirinin ABŞ ilə danışıqlar barədə fikri onun mövqeyini əks etdirmir - YENİLƏNİB
-
"Lufthansa" yanacaq çatışmazlığı səbəbindən on minlərlə uçuşu ləğv edib
-
Bakı metropolitenində qatarların sabahkı hərəkət qrafikinə dəyişikliklər edilib
-
İran hesab edir ki, ABŞ atəşkəsi uzatmaqla vaxt qazanmağa çalışır
-
ABŞ Çini cilovlamaq təşəbbüsü üçün 12 milyard dollar ayıra bilər













