Metropoliten rəhbərliyi dünən xəsarət alanları ziyarət etdi
Metropoliten rəhbərliyi ötən gün metroda baş vermiş texniki insident nəticəsində xəsarət alan sərnişinləri evlərində ziyarət edərək səhhətləri ilə maraqlanıblar.
Far.Az xəbər verir ki, bu barədə məlumatı "Bakı Metropoliteni" QSC yayıb.
Həmçinin bildirilib ki, texniki insident zamanı yaranmış sıxlıq səbəbindən 9 nəfərə arterial təzyiq və stresslə bağlı şikayətlər üzrə yerində tibbi yardım göstərilib, 2 nəfər isə yüngül xəsarətlə xəstəxanaya hospitalizasiya olunub.
"Hadisə üzrə texniki və təşkilati araşdırmalar davam edir. Qatarların hərəkəti müvəqqəti olaraq şənbə qrafikinə uyğun tənzimlənir. Hazırda hərəkətdə olan qatar sayının artırılması istiqamətində müvafiq işlər aparılır", - məlumatda deyilir.
Xatırladaq ki, ötən gün "Ulduz-Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranmış və sərnişinlərin təxliyəsi həyata keçirilmişdi.
Oxşar xəbərlər
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərində sosial-emosional öyrənmə proqramı icra olunur
Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib
FHN "Bakı Metropoliteni"ndə təlim keçirib
Alyona Əliyeva Novruz yarmarkasını ziyarət edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İrəvanda İspaniyanın fəxri konsulluğu açılıb
-
"Lufthansa" yanacaq çatışmazlığı səbəbindən on minlərlə uçuşu ləğv edib
-
"Tasnim": Qalibafın müşavirinin ABŞ ilə danışıqlar barədə fikri onun mövqeyini əks etdirmir - YENİLƏNİB
-
Bakı metropolitenində qatarların sabahkı hərəkət qrafikinə dəyişikliklər edilib
-
İran hesab edir ki, ABŞ atəşkəsi uzatmaqla vaxt qazanmağa çalışır
-
ABŞ Çini cilovlamaq təşəbbüsü üçün 12 milyard dollar ayıra bilər













