"Lufthansa" yanacaq çatışmazlığı səbəbindən on minlərlə uçuşu ləğv edib
Avropanın ən böyük aviaşirkəti olan Almaniyanın "Lufthansa" şirkəti yanacaq çatışmazlığı səbəbindən 20 minə yaxın reysi ləğv edəcək.
"Report" xəbər verir ki, bu barədə daşıyıcının saytında məlumat paylaşılıb.
Dəqiqləşdirilib ki, cədvələ düzəliş edilməsi və rentabelli olmayan qısaməsafəli reyslərin sayının gündə 120 ədəd azaldılması barədə qərar qəbul edilib. Bununla da şirkət İranla münaqişə başlayandan bəri qiyməti ikiqat artan 40 min tondan çox aviasiya kerosininə qənaət etməyi nəzərdə tutur.
İxtisarlar oktyabr ayına qədər planlaşdırılıb. Hazırda "Lufthansa" yaxın həftələr üçün yanacaqla təmin olunub və yanacağın sabit tədarükünə ümid edir.
"Lufthansa" artıq yay uçuş cədvəlindən regional daşıyıcı olan "CityLine"ın 27 fəaliyyətdə olan təyyarəsinin istismarının dayandırıldığını elan etmişdi. Onun istifadədən çıxarılması hələ müharibədən əvvəl planlaşdırılmışdı, lakin İranla münaqişə şirkəti bu tədbiri daha tez görməyə məcbur etdi.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.
İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar aparılıb. Saatlarla davam edən danışıqlar tərəflərin mövqelərindəki fərqlərə görə nəticəsiz başa çatıb. Danışıqların yeni raundu yaxın günlərdə keçirilə bilər.
Bloklanması dünyada enerji böhranına səbəb olan Hörmüz boğazı ətrafındakı vəziyyət qeyri-müəyyən olaraq qalır, hər iki tərəf müxtəlif fasilələrlə onun açıldığını elan edir, lakin faktiki olaraq regionda gəmiçilik dayandırılıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda metronun işləməməsi ilə bağlı yeni qərar verildi, bəzi avtobuslar sərnişinləri pulsuz daşıyır
-
Girişi bağlanan metro stansiyasından GÖRÜNTÜLƏR
-
Bakı metrosu fəaliyyətini bərpa edib - YENİLƏNİB 5
-
Metronun bağlanması səbəbindən avtobuslarda SIXLIQ VAR
-
Cüdo üzrə veteranlar arasında Azərbaycan çempionatı keçirilib
-
Azərbaycan Serbiya ilə qaz elektrik stansiyası üzrə birgə müəssisə yaradacaq













