BMT-nin iclasında WUF13 müzakirə edilib
Azərbaycan Birləşmiş Millətlər Təşkilatının (BMT) Məskunlaşma Proqramının (UN-Habitat) İcraiyyə Şurasının 2026-cı il üzrə 1-ci sessiyasında iştirak edib.
"Far.Az" xəbər verir ki, iclasda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) müzakirə edilib.
Həmçinin Azərbaycan Hökumətinin UN-Habitat ilə birgə tədbirə hazırlıq işləri haqqında geniş məlumat verilib.
WUF13-də əsas mövzusu olan "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" hazırda dünyada ən aktual məsələ kimi qiymətləndirilib.
WUF13-ün dayanıqlı şəhərsalma inkişafı üzrə qlobal gündəm üçün uzun müddətli strateji əhəmiyyəti xüsusi vurğulanıb.
İclasda UN-Habitatın "Hər Kəs üçün Münasib Mənzil" üzrə Açıq Tərkibli Hökumətlərarası Ekspert İşçi Qrupunun (OEWG-H) həmsədrləri Azərbaycan və Somalinin adından 2026-cı il üzrə iş planı barədə daimi nümayəndə Sultan Hacıyevin məruzəsi dinlənilib.
Cari ilin 8-10 aprel tarixlərində Nayrobi şəhərində keçirilən 2-ci Afrika Şəhərsalma Forumu (AUF2) çərçivəsində həyata keçirilən işlər, həmçinin WUF13 və il ərzində baş tutacaq digər qlobal tədbirlərdə nəzərdə tutulan fəaliyyət barədə üzv ölkələr məlumatlandırılıb.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 milli koordinatoru Anar Quliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin AUF2-də aktiv iştirakı qeyd edilib və AUF2 ilə WUF13 arasında mahiyyət üzrə bağlılıq diqqətə çatdırılıb.
Qeyd edək ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək. Bu mötəbər tədbir Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində təşkil olunur. Forumun əsas məqsədi dayanıqlı şəhərsalma, "ağıllı şəhər"lər və innovativ şəhər həlləri sahəsində qlobal təcrübələrin mübadiləsini təmin etməkdir.
Oxşar xəbərlər
İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
Media nümayəndələri üçün WUF13 haqqında məlumatlandırma sessiyası keçirilib
İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
WUF13 ərəfəsində Azərbaycan UN-Habitat ilə saziş imzalayıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İrəvanda İspaniyanın fəxri konsulluğu açılıb
-
Bakı metropolitenində qatarların sabahkı hərəkət qrafikinə dəyişikliklər edilib
-
"Lufthansa" yanacaq çatışmazlığı səbəbindən on minlərlə uçuşu ləğv edib
-
"Tasnim": Qalibafın müşavirinin ABŞ ilə danışıqlar barədə fikri onun mövqeyini əks etdirmir - YENİLƏNİB
-
İran hesab edir ki, ABŞ atəşkəsi uzatmaqla vaxt qazanmağa çalışır
-
ABŞ Çini cilovlamaq təşəbbüsü üçün 12 milyard dollar ayıra bilər













