Azərbaycanın indiki Ermənistan ərazisindəki irsi dağıdılıb, məhv edilib
Azərbaycanın işğal olunmuş əraziləri, oradakı tarixi-mədəni abidələr dünyada misli görülməmiş vandalizm və vəhşilik aktlarına məruz qalıb, həmçinin indiki Ermənistan ərazilərindəki azərbaycanlı irsi də dağıdılıb, məhv edilib.
Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Deputat qeyd edib ki, dini, tarixi, mədəni abidələrə qarşı törədilən aktları Prezident İlham Əliyev də dəfələrlə diqqətə çatdırıb:
"Füzuli rayonu işğaldan azad olunanda Azərbaycan ordusu burada bayraq asmağa dağıdılmamış, minasız bir yer belə tapa bilməyib. Ağdam və Füzulidə mədəniyyət ocaqları, məscidlər, kilsələr vəhşicəsinə dağıntılara məruz qalıb. Söhbət 10 min kv/km ərazidən gedir, hansı ki, bu ərazilər vaxtilə ən abad zonalar idi. Hər rayonda, hər şəhərdə muzeylər, xəstəxanalar, dövlət qurumlarının binaları vardı, bunların hamısı dağıdılıb. Vəhşiliyin miqyası həddindən artıq çox idi, bu gün yenidən baxdıqda Azərbaycan xalqına nə qədər böyük ziyan vurulduğunu bir daha anlayırıq".
C. Məmmədov vurğulayıb ki, qəbirlərə qarşı da böyük vəhşiliklər törədilib, məzarlar dağıdılıb, məzar daşları ermənilər tərəfindən götürülüb, hətta başqa ölkələrə daşınıb:
"Ermənilər azərbaycanlıların dəfn edildiyi qəbirstanlıqlardakı məzar daşlarını satıblar. Bir sıra hallarda isə onlardan başqa məqsədlər üçün istifadə olunub.
Azərbaycan bütün bu vəhşilikləri dünyaya çatdırmağa çalışır və ciddi işlər görür. Davamlı olaraq, beynəlxalq tribunalarda bu faktlar səsləndirilir, dünyanın gündəmində qalmasına çalışılır, rəsmilərin görüşlərində, müzakirələrində xüsusi vurğulanır.
Hesab edirəm ki, biz sülhə doğru irəliləsək də, Prezident İlham Əliyevin həmişə dediyi kimi keçmişi unutmamalıyıq. Bunun üçün davamlı təbliğat aparmalı, filmlər çəkilməli, vandalizm aktlarını, mina problemini sənədləşdirməliyik. Beynəlxalq platformalarda bu həqiqətlər dünya ictimaiyyətinə çatdırılmalıdır. Beynəlxalq ictimaiyyət isə bu məsələlərə laqeyd və biganə olmamalıdır".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İrəvanda İspaniyanın fəxri konsulluğu açılıb
-
Bakı metropolitenində qatarların sabahkı hərəkət qrafikinə dəyişikliklər edilib
-
"Lufthansa" yanacaq çatışmazlığı səbəbindən on minlərlə uçuşu ləğv edib
-
"Tasnim": Qalibafın müşavirinin ABŞ ilə danışıqlar barədə fikri onun mövqeyini əks etdirmir - YENİLƏNİB
-
İran hesab edir ki, ABŞ atəşkəsi uzatmaqla vaxt qazanmağa çalışır
-
ABŞ Çini cilovlamaq təşəbbüsü üçün 12 milyard dollar ayıra bilər













