ABŞ-nin Beyrutdakı səfirliyi vətəndaşları Livanı tərk etməyə çağırıb
ABŞ-nin Beyrutdakı səfirliyi Amerika vətəndaşlarını kommersiya uçuşları davam edərkən dərhal Livanı tərk etməyə çağırıb.
"Far.Az"un məlumatına görə, bu barədə diplomatik missiyanın saytında bildirilir.
"Təhlükəsizlik sahəsində vəziyyət hələ də gərgindir və sürətli dəyişikliklərə məruz qalır. ABŞ vətəndaşlarını kommersiya uçuşları davam edərkən Livanı tərk etməyə çağırırıq", - bəyanatda deyilir.
Diplomatik missiya Livanda qalmaq qərarına gələn Amerika vətəndaşlarına əvvəlcədən hərəkət planı hazırlamağı və mövcud məlumatları diqqətlə izləməyi tövsiyə edib.
Bundan əvvəl İsrailin Müdafiə Ordusu Livanın cənubundakı Livan radikal "Hizbullah" hərəkatına məxsus obyektə zərbələr endirildiyini bildirib.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb, bir neçə şəhərə hava zərbələri endiriblər. Həmin gün İranın Ali lideri Əli Xamenei zərbələr nəticəsində öldürülüb. İran bunlara cavab olaraq İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzindəki ABŞ hərbi bazalarına hücum edib.
"Hizbullah" İran tərəfində müharibəyə qoşulduqdan və İsrailə raket və pilotsuz təyyarələr atdıqdan sonra İsrailin Müdafiə Ordusu radikal qrupun infrastrukturunun yerləşdiyi cənubi Livana və Beyrutun cənubundakı şəhərlərə zərbələr endirib. İsrail həmçinin cənubi Livanda quru əməliyyatlarını genişləndirib.
Aprelin 14-də ABŞ-nin himayəsi altında Vaşinqtonda atəşkəs razılaşmasının əldə edilməsinə yönəlmiş sülh danışıqlarının başlama tarixini müəyyənləşdirmək üçün Livan-İsrail danışıqlarının ilkin mərhələsi keçirilib. Nümayəndə heyətlərinə Livan və İsrailin ABŞ-dəkı səfirləri - Nada Hammad-Mouavad və Yehiel Layter rəhbərlik edirdi.
Aprelin 16-da ABŞ Prezidenti Donald Tramp İsrail və Livanın Şərq vaxtı ilə saat 17:00-dan etibarən qüvvəyə minən 10 günlük atəşkəs barədə razılığa gəldiyini elan edib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Braziliya, Polşa, Çin, Nepal, Hindistan, BƏƏ, Fransa və Tunis vətəndaşları Azərbaycana təxliyə olunub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qarabağ" Türkiyə klubunda çıxış edən hücumçu ilə maraqlanır
-
Qadının üzərinə benzin töküb yandıran sevgilisi: "Ona başqası ilə ailə həyatı qurmaq istədiyimi bildirdim"
-
İrəvandan Qarabağa qədər silinən tarix: mədəni irsə qarşı uzunmüddətli siyasət - ŞƏRH
-
Sumqayıt sakinlərinin NƏZƏRİNƏ
-
Azərbaycan iyunda Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcək
-
Livitt: Tramp İranla atəşkəs üçün vaxt çərçivəsi müəyyən etməyib













