"Microsoft" Avstraliyada süni intellekt infrastrukturunun inkişafına 18 mlrd dollar yönləndirəcək
Far.Az xəbər saytı

"Microsoft" Avstraliyada süni intellekt infrastrukturunun inkişafına 18 mlrd dollar yönləndirəcək


ABŞ-nin texnologiya nəhəngi "Microsoft" növbəti üç il ərzində Avstraliyada süni intellekt infrastrukturunun qurulması və genişləndirilməsinə 25 milyard Avstraliya dolları (təxminən 18 milyard ABŞ dolları) sərmayə qoymağı planlaşdırır.

"Far.Az"un məlumatına görə, "Microsoft"un baş direktoru Satya Nadella bu barədə "The Australian"a müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu sərmayə korporasiyanın ölkədəki ən böyük sərmayəsi olacaq və superkompüterlərin hesablama gücünün, bulud infrastrukturunun və məlumat mərkəzlərinin genişləndirilməsinə yönəldiləcək.

"Avstraliya süni intellekti maddi iqtisadi yüksəlişə və ictimai rifaha çevirmək üçün böyük potensiala malikdir", - Nadella deyib.

Baş direktor vurğulayıb ki, iş yerlərinin itirilməsi riskinə baxmayaraq, süni intellekt texnologiyaları Avstraliya iqtisadiyyatında durğun məhsuldarlığın öhdəsindən gəlmək üçün vacib vasitə ola bilər. Korporasiya 2028-ci ilə qədər azı 3 milyon Avstraliya vətəndaşını süni intellekt texnologiyaları üzrə öyrətməyi nəzərdə tutur.

Maliyyələşdirmənin bir hissəsi həmçinin "Australian Signals Directorate" ilə əməkdaşlıq çərçivəsində kibertəhlükəsizliyin gücləndirilməsinə də istifadə olunacaq.

Oxşar xəbərlər

Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılışı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
SOCAR-ın nəzdində Əməliyyat Texnologiyaları Akademiyası fəaliyyətə başlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər