SOCAR-ın nəzdində Əməliyyat Texnologiyaları Akademiyası fəaliyyətə başlayıb
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə "Honeywell" şirkəti arasında əməkdaşlıq çərçivəsində Bakı Ali Neft Məktəbində yaradılan Əməliyyat Texnologiyaları Akademiyasının açılışı olub.
BAKU.WS SOCAR-a istinadən xəbər verir ki, akademiya SOCAR-ın 2035-ci ilə kimi təsdiqlənmiş Korporativ Strategiyasına uyğun olaraq insan kapitalının inkişafı və rəqəmsallaşma istiqamətində növbəti mühüm addım hesab olunur.
Yeni yaradılan Akademiya SOCAR-ın istehsalat sahələrində rəqəmsal transformasiyanın sürətləndirilməsinə, əməliyyat təhlükəsizliyinin və etibarlılığının artırılmasına, eləcə də mühəndis-texniki heyətin müasir avtomatlaşdırma və idarəetmə sistemləri üzrə bilik və bacarıqlarının sistemli şəkildə inkişaf etdirilməsinə xidmət edəcək.
Akademiya real istehsalat mühitini simulyasiya edən müasir təlim infrastrukturu vasitəsilə əməkdaşlara mürəkkəb avtomatlaşdırma proseslərini təhlükəsiz şəraitdə öyrənmək və sınaqdan keçirmək imkanı yaradır. Açılış mərasimində qonaqlar təlim-simulyasiya avadanlıqlarının iş prinsipi, həmçinin mərkəzin təmirdən əvvəlki və sonrakı vəziyyəti barədə ətraflı məlumatlandırılıblar.
Bu təşəbbüs SOCAR-ın istehsalat proseslərinin rəqəmsallaşdırılması ilə yanaşı, əməkdaşlarının da rəqəmsal bacarıqlarının inkişafına verdiyi prioritetin, eləcə də gələcəyə və innovasiyaya fokuslanan yanaşmasının daha bir real göstəricisidir.
Qeyd edək ki, qlobal texnologiya şirkəti olan "Honeywell" qabaqcıl avtomatlaşdırma, təhlükəsizlik və mühəndislik həlləri üzrə ixtisaslaşıb.
Qalereya
Oxşar xəbərlər
Bakıda Zəfər muzeyinin açılışı olub
Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılışı olub
SOCAR-ın Bakı Ali Neft Məktəbinin nəzdində fəaliyyət göstərən Rəqəmsal Biliklər Liseyinin rəsmi açılış mərasimi keçirilib
Heydər Əliyev Mərkəzində "ART Weekend" festivalının rəsmi açılışı olub
Sumqayıt Sənaye Parkında karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tanınmış rəqqas Nicat Azadlı xanımına şiddət göstərdi - Polis araşdırma aparır
-
Fransada məktəblərdə ETİRAZ - 100-dən çox təhsil müəssisəsinə ziyan dəyib
-
Bakıda müəmmalı taleyi olan bina: 26 ildir niyə satışa çıxarılmır?
-
Bakının iki rayonunda işıq kəsiləcək
-
Portuqaliyalı hakim Qustavo Korreya ilk dəfə Azərbaycan təmsilçisinin oyununu idarə edəcək
-
Hikmət Hacıyev: Hazırda Bakı ilə Moskva arasında münasibətlər sabitdir













