Azər Bağırov: "Əsas komandaya cəlb etdiyimiz futbolçularda perspektiv hiss edirik"
"Kəpəz"in peşəkar müqavilə imzaladığı Raul İsaqov və Şahnur İsmayılov perspektivli futbolçulardır.
Bunu "Report"a açıqlamasında Gəncə klubunun baş məşqçisi Azər Bağırov deyib.
O, akademiyadan əsas komandaya cəlb olunan futbolçuların keçidini şərh edib:
"Hər iki oyunçu hücum xəttində fayda verə biləcək gücdədirlər. Hər ikisində perspektiv hiss etdiyimiz üçün əsas komandaya cəlb etdik. Onların əsas komandaya gətirilməsi gələcəyə hesablanmış addımdır. Hər iki oyunçu öz üzərində daha çox çalışaraq "Kəpəz"ə xeyir verə bilərlər. Hər ikisi indidən klubun əsas heyəti ilə birgə məşq keçməli, o ab-havanı hiss etməlidirlər. İstəyirik ki, Raul və Şahnuru futbolçu kimi qazanaq və Azərbaycan futboluna bəxş edək".
Mütəxəssis həmçinin "Kəpəz"in hazırkı durumu ilə bağlı da danışıb:
"Komandada ab-hava yaxşıdır. Turnir cədvəlindəki mövqeyimiz əla olmasa da, hazırkı durum üçün normaldır. Son oyunlarda uğursuzluq yaşadıq, inanıram ki, yenidən qələbələr qazanacağıq. Qarşıda bizi "Şamaxı" ilə çətin səfər matçı gözləyir. İnanırıq ki, qazanacağımız 3 xalla azarkeşlərə sevinc bəxş edəcəyik".
Qeyd edək ki, "Kəpəz" akademiyasının üzvləri Raul İsaqov və Şahnur İsmayılovla 2029-cu ilin yayına qədər müqavilə imzalanıb. 16 yaşlı Raul hücumameyilli yarımmüdafiəçidir. 19 yaşlı Şahnur isə yarımmüdafiə xəttində oynayır. İsaqov U-17, U-19 və əvəzedicilər, İsmayılov U-19 və əvəzedicilərdən ibarət komandada çıxış edir.
Oxşar xəbərlər
Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
7 dekabr Beynəlxalq Mülki Aviasiya Günüdür - Akademiyadan REPORTAJ
Prezident Gəncə Memorial Kompleksinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livitt: Tramp İranla atəşkəs üçün vaxt çərçivəsi müəyyən etməyib
-
"Qarabağ" Türkiyə klubunda çıxış edən hücumçu ilə maraqlanır
-
Sumqayıt sakinlərinin NƏZƏRİNƏ
-
İrəvandan Qarabağa qədər silinən tarix: mədəni irsə qarşı uzunmüddətli siyasət - ŞƏRH
-
Latviya Prezidentinin şərəfinə rəsmi lanç
-
Yunanıstan gəmisi Hörmüz boğazı ərazisində hücuma məruz qalıb













