Elmin Həsənov: Bələdiyyələrin fəaliyyəti gündəlik həyatda hiss olunmalıdır
Far.Az xəbər saytı

Elmin Həsənov: Bələdiyyələrin fəaliyyəti gündəlik həyatda hiss olunmalıdır


Bələdiyyələrin fəaliyyəti insanların gündəlik həyatında hiss olunmalıdır.

"Far.Az" xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəisi Elmin Həsənov Milli Məclisin Regional məsələlər komitəsi tərəfindən keçirilən "Azərbaycanda regionların, yerli demokratiyanın və özünüidarəetmənin inkişafında Heydər Əliyev irsi" mövzusunda keçirilən konfransda deyib.

O qeyd edib ki, bələdiyyələr dayanıqlı şəhər mühitinin formalaşdırılmasında aktiv iştirakçıdır. Hər il yerli büdcələrin müəyyən hissəsi parkların, küçə və ictimai məkanların yenidən qurulması, yaşıllıq zolaqlarının salınması və abadlıq işlərinin aparılmasına ayrılır. Ötən il respublika üzrə abadlıq işlərinə 10 milyon manata yaxın vəsait ayrılıb:

"Bu gün qarşımızda dayanan əsas məsələ odur ki, "Şəhərsalma və Memarlıq İli" çərçivəsində bələdiyyələr öz fəaliyyətlərinə yeni baxış formalaşdırsınlar. Şəhərsalma məsələsi yalnız böyük şəhərlərin və ya aidiyyəti mərkəzi qurumların işi kimi qəbul edilməməlidir. Burada bələdiyyələrin də rolu və məsuliyyəti var. Şəhərsalma və tikinti üzrə yerli özünüidarəetmə orqanlarının fəaliyyəti insanların həyat fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasına, şəhər, qəsəbə və kənd məntəqələrinin səmərəli planlaşdırılmasına, tikintisi və abadlaşdırılmasına, təsərrüfat və sosial infrastrukturun inkişafına yönəlib".

E.Həsənov söyləyib ki, bələdiyyələr, ilk növbədə, öz ərazilərinə məsuliyyət hissi ilə yanaşmalıdırlar:

"Yerli özünüidarəetmə orqanı olaraq onlar əraziyə sadəcə idarə olunan resurs kimi deyil, formalaşdırılan və qorunan yaşayış məkanı kimi baxmalıdırlar. Bu yanaşma olduqca vacibdir. Çünki düzgün planlaşdırılmayan ərazi gələcəkdə həm hüquqi, həm sosial, həm də infrastruktur problemləri yaradır.

Bu baxımdan, "Şəhərsalma və Memarlıq İli" çərçivəsində bələdiyyələr tərəfindən abadlıq və yaşayış mühitinin yaxşılaşdırılması məsələlərinə xüsusi diqqət yetirilməlidir. Buraya küçələrin, məhəllələrin, ictimai istifadə yerlərinin vəziyyəti, yaşıllaşdırma işləri, ümumi görünüşün yaxşılaşdırılması, yerli əhəmiyyətli infrastrukturun dəstəklənməsi kimi məsələlər daxildir. Bələdiyyələrin fəaliyyəti insanların gündəlik həyatında hiss olunmalıdır".

P əlavə edib ki, şəffaflıq gücləndirilməlidir. Xüsusilə, qərarların qəbulu, maliyyə və əmlak məsələləri üzrə açıq və aydın idarəetmə təmin edilməlidir. Bu, həm hüquqi risklərin azalmasına, həm də vətəndaş etimadının artmasına xidmət edir.

Oxşar xəbərlər

Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Leyla Əliyeva Türkmənistanda beynəlxalq konfransda iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər