Qusev: Ukrayna şirkətləri biznes-missiya ilə Bakıya gələcək
Far.Az xəbər saytı

Qusev: Ukrayna şirkətləri biznes-missiya ilə Bakıya gələcək


Ukrayna Ticarət və Sənaye Palatası / "Ukrainian CCI" may ayında Ukrayna şirkətlərinin Bakıya biznes missiyasını təşkil edəcək.

"Report" xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Ukrayna şirkətləri üçün keçirilən vebinarın yekunlarına dair öz "Facebook" səhifəsində yazıb.

"Artıq may ayında "Ukrainian CCI" Ukrayna şirkətlərinin Bakıya biznes missiyasını təşkil edəcək. Onlar "Caspian Agro 2026" Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində iştirak edəcəklər", - o bildirib.

Diplomat əlavə edib ki, vebinar zamanı davamlı artım nümayiş etdirən Azərbaycan bazarının əsas imkanları müzakirə olunub. İştirakçılar həmçinin əməkdaşlıq üçün perspektivli sahələri, Azərbaycanın idxal strukturunu və Ukrayna şirkətlərinin yerli bazara çıxışının praktiki aspektlərini nəzərdən keçiriblər.

"Ukrayna biznesini Azərbaycan bazarını kəşf etməyə və bu regionda öz layihələrinin inkişafı üçün tərəfdaşlar tapmağa dəvət edirik", - səfir vurğulayıb.

Oxşar xəbərlər

İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər