BTQ-nin neokolonializm və qlobal bərabərsizliyə dair konfransı dünya mediasının gündəmindədir
Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən təşkil edilən neokolonializm və qlobal bərabərsizliyə həsr olunmuş beynəlxalq konfrans beynəlxalq media və akademik dairələrin diqqət mərkəzində qalmaqda davam edir.
"Far.Az" xəbər verir ki, Kamerun, ABŞ, Böyük Britaniya, Çin kimi, ümumilikdə 10-dan çox ölkədə fəaliyyət göstərən Kesmonds International University-nin rəsmi internet səhifəsində BTQ-nin fəaliyyətinə və adıçəkilən tədbirə həsr olunmuş "Colonial Inequality in Focus: Reflections from the Baku Initiative Group Conference" - "Müstəmləkə bərabərsizliyi diqqət mərkəzində: Bakı Təşəbbüs Qrupunun təşkil etdiyi konfransdan düşüncələr" analitik material dərc edilib.
Məqalədə, konfransda ilk dəfə olaraq müstəmləkə ərazilərinin yerli əhalisi ilə birbaşa yerində işləyən antropoloqlar və psixoterapevtlər, müstəmləkəçiliyə həsr edilmiş Virtual Muzeyin yaradılmasında iştirak etmiş ekspertlər, eləcə də həmin ərazilərdə fəaliyyət göstərən müstəqillik hərəkatlarının rəhbər şəxsləri, həmçinin neokolonializm sahəsində ixtisaslaşmış tədqiqatçılarla bərabər "Kesmonds International University"dən nümayəndələrin iştirakının BTQ-nin fəaliyyətinin coğrafi baxımdan əhatə dairəsinin genişliyini nümayiş etdirdiyi qeyd edilir.
Xüsusilə, ekspertlərin vahid platformada bir araya gələrək kolonializm və neokolonializmin ağır nəticələri, tarixi ədalət və məsuliyyət məsələlərinin beynəlxalq gündəmdə saxlanılması ətrafında müzakirələrin aparılmasının Bakı Təşəbbüs Qrupunun qlobal səviyyədə strateji diskussiya aparan nüfuzlu beynəlxalq təşkilat olmasının və platformaya çevrildiyinin bariz nümunəsi olduğu vurğulanır.
Kolonializm və neokolonializmin səbəb olduğu qlobal bərabərsizlik, həmin ərazilərdə müstəmləkə gücləri tərəfindən həyata keçirilən iqtisadi istismar, yerli əhalinin torpaqlarından qanunsuz məhrum edilməsi və öz ölkələrinin real iqtisadiyyatında iştirak imkanlarından kənarda saxlanılması, müstəmləkə istismarı nəticəsində sərvətlərin bir əldə cəmləşməsi, məcburi əmək, köləlik, irqi ayrı-seçkilik və təhsilə çıxış imkanlarının məhdud olması, Haitinin nümunəsində müstəqillik əldə etdikdən sonra onların üzərinə qoyulan təzminat öhdəliyi, ölkənin inkişafını nəsillər boyu məhdudlaşdıran böyük borc yükü kimi məsələlərin tədbirdə daha dərindən işıqlandırıldığı diqqətə çatdırılır.
Analitik materialda Bakı Təşəbbüs Qrupunun yalnız kolonializm və neokolonializmdən qaynaqlanan tarixi ədalət məsələlərini gündəmə gətirən qurum deyil, eyni zamanda müasir dünya üçün davamlı və konstruktiv həll yolları irəli sürən qlobal düşüncə platforması olduğu oxucuların diqqətinə çatdırılır.
Oxşar xəbərlər
Bakıda yeni akademik körpü: Constructor University və CELT Colleges əməkdaşlığa başladı
Leyla Əliyeva Türkmənistanda beynəlxalq konfransda iştirak edib
İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair mövqeyi dünya mediasının diqqət mərkəzindədir
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TƏBİB: Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir
-
Livitt: Tramp İranla atəşkəs üçün vaxt çərçivəsi müəyyən etməyib
-
Yunanıstan gəmisi Hörmüz boğazı ərazisində hücuma məruz qalıb
-
Cennifer Lopezin dizayneri boşanır
-
Tramp İran hökumətinə təşəkkür etdi
-
Avropa Komissiyası təmiz enerjiyə keçidi sürətləndirmək üçün yeni plan elan edib













