Aİ-nin Rusiyaya qarşı 20-ci sanksiyalar paketi neft daşımalarına tam qadağanı nəzərdə tutur
Avropa İttifaqı (Aİ) tərəfindən bu gün qəbul edilmiş Rusiyaya qarşı 20-ci sanksiyalar paketi Aİ Şurası tərəfindən Rusiya nefti və neft məhsulları ilə bağlı dəniz nəqliyyatı xidmətlərinə tam qadağa qoyulması imkanını nəzərdə tutur.
"Far.Az" xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, Rusiyanın "kölgə donanması"nın daha 46 gəmisi sanksiya siyahılarına daxil ediləcək.
Planlarda həmçinin Rusiyanın bu donanma üçün tankerlər əldə etməsi və mayeləşdirilmiş təbii qaz daşımaq üçün Rusiya buzqıran gəmilərinə və tankerlərinə xidmətlərin göstərilməsi imkanlarının məhdudlaşdırılması da var.
Aİ həmçinin Rusiya hərbi sənayesini gücləndirmək üçün istifadə olunan mallara yeni ixrac məhdudiyyətləri, eləcə də Rusiyaya əhəmiyyətli gəlir gətirən malların idxalına məhdudiyyətlər tətbiq edəcək. Yayım qadağası sanksiya tətbiq edilmiş KİV-lərin kontentini yaymaqda davam edən strukturlara da şamil ediləcək.
"Daha 60 şirkət hərbi son istifadəçilər və sanksiyalardan yayınmada iştirak edən təşkilatlar siyahısına daxil ediləcək. İlk dəfə olaraq, müəyyən malların sonradan Rusiyaya təkrar ixracını həyata keçirən üçüncü ölkələrə ixracını qadağan etməyə imkan verən sanksiyalardan yayınmaya qarşı mübarizə mexanizmi tətbiq ediləcək", - press-relizdə bildirilib.
XİN qeyd edir ki, əlavə olaraq Rusiya ilə əlaqəli 117 fiziki və hüquqi şəxs, o cümlədən neft, enerji və müdafiə sektorlarından olan strukturlar, həmçinin sanksiyalardan yayınmağa, Rusiya hərbi sənayesinə mallar tədarük etməyə və ya "kölgə donanması"nın fəaliyyətini təmin etməyə kömək edən üçüncü ölkələrdəki şirkətlər sanksiya siyahılarına daxil ediləcək.
Oxşar xəbərlər
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında çıxış edib
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TƏBİB: Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir
-
Livitt: Tramp İranla atəşkəs üçün vaxt çərçivəsi müəyyən etməyib
-
Yunanıstan gəmisi Hörmüz boğazı ərazisində hücuma məruz qalıb
-
Cennifer Lopezin dizayneri boşanır
-
Tramp İran hökumətinə təşəkkür etdi
-
Azərbaycanın güləş millisi komanda hesabında Avropa çempionu olub













