Mədəniyyət Nazirliyində “Euronews”un nümayəndə heyəti ilə görüş olub
Mədəniyyət Nazirliyində “Euronews” kanalının investisiya şirkətinin təsisçisi Pedro Davidin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.
Nazirlikdən "Report"a verilən xəbərə görə, qonaqları salamlayan mədəniyyət naziri Adil Kərimli nazirliklə “Euronews” kanalı arasında uzun illərə dayanan əməkdaşlıqdan məmnunluğunu bildirib.
Deyib ki, “Euronews”da Azərbaycan xalqının çoxəsrlik mədəni irsini, o cümlədən xalça və muğam sənətlərini, adət-ənənələrini əks etdirən videoçarxların hazırlanması, ayrı-ayrı mədəniyyət layihələri, xüsusilə Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalı ilə bağlı süjetlərin yayımlanması təqdirəlayiqdir.
Söhbət zamanı gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub. Azərbaycan mədəniyyətinin müxtəlif sahələrinə dair sənədli filmlərin lentə alınaraq beynəlxalq auditoriyaya təqdim edilməsinin əhəmiyyəti vurğulanıb. Pedro David səmimi qəbula görə təşəkkürünü bildirib, telekanalın Azərbaycan Mədəniyyət Nazirliyi ilə əməkdaşlığının bundan sonra da uğurla davam edəcəyinə inandığını deyib. Görüşün sonunda qonaqlara hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkdirilib.
Oxşar xəbərlər
Bu gün Beynəlxalq Azərbaycan Muğamı Günüdür
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Mehriban Əliyevanın doğum günüdür
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Zooparkda pələng kişini diri-diri yedi
-
Tramp: Ukraynanın yeni prezident seçmək vaxtı çatıb
-
BƏƏ sahillərində tankerə dron hücumundan sonra 22 hindistanlı dənizçi xilas edilib
-
"Sumqayıt" VII turda "Qəbələ"yə qalib gəlib
-
Pakistan hərbçiləri Əfqanıstanla sərhəddə 12 silahlını zərərsizləşdirib
-
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verilib













