Toni MakKormakın başçılıq etdiyi nümayəndə heyəti Xankəndinin Zəfər meydanına olub - YENİLƏNİB
Far.Az xəbər saytı

Toni MakKormakın başçılıq etdiyi nümayəndə heyəti Xankəndinin Zəfər meydanına olub - YENİLƏNİB


İrlandiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Toni MakKormakın başçılıq etdiyi nümayəndə heyəti Xankəndi şəhərində Zəfər meydanı, Qarabağ Universiteti və Azərbaycan dövləti tərəfindən həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işləri ilə tanış olub.

Bu barədə "Far.Az"a Milli Məclisdən məlumat verilib.

Diqqətə çatdırılıb ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bu gün həyat öz axarına qayıdır. Yaşayış məskənləri tikilib bərpa olunduqca keçmiş məcburi köçkünlər öz yurdlarına qaytarılır.

Səfər zamanı qonaqları Azərbaycan-İrlandiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Erkin Qədirli, qrupun üzvü Sevinc Fətəliyeva və digər rəsmi şəxslər müşayiət ediblər.

Qeyd edək ki, irlandiyalı parlamentarilər Şuşa şəhərində də olublar.

İrlandiya Respublikası Parlamentinin İrlandiya- Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Toni MakKormakın başçılıq etdiyi nümayəndə heyəti Xankəndi şəhərinə səfər edib.

Bu barədə "Far.Az"a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, nümayəndə heyətinə şəhərdə aparılan bərpa və yenidənqurma işləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, işğaldan azad olunmuş bütün ərazilərdə olduğu kimi, Xankəndi şəhərində də genişmiqyaslı tikinti-quruculuq işləri həyata keçirilir.

Qonaqlar şəhərdə aparılan infrastruktur layihələri, yaşayış, o cümlədən sosial təyinatlı obyektlərin tikintisi ilə yaxından tanış olub, görülən işlərin miqyası və şəhərin inkişaf perspektivləri ilə maraqlanıblar.

Qeyd edək ki, Qarabağa səfər çərçivəsində nümayəndə heyəti bu gün Şuşa şəhərini də ziyarət edib.

Oxşar xəbərlər

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda Zəfər muzeyinin açılışı olub
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər