FHN Şuşa Hotel-Konqres Mərkəzi Kompleksində təlim keçirib
Far.Az xəbər saytı

FHN Şuşa Hotel-Konqres Mərkəzi Kompleksində təlim keçirib


Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin təşkilatçılığı ilə Şuşa şəhərində yerləşən Şuşa Hotel-Konqres Mərkəzi Kompleksində təlim keçirilib.

Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

Bildirilib ki, "Mehmanxanaların yanğın təhlükəsizliyi" mövzusunda keçirilən və FHN-in Dövlət Yanğın Nəzarəti, Dövlət Yanğından Mühafizə xidmətlərinin və Qarabağ Regional Mərkəzinin müvafiq canlı qüvvə və texnikalarının cəlb edildiyi təlimin keçirilməsində məqsəd kompleksin işçi heyətinə fövqəladə hallar, o cümlədən yanğınlarla bağlı davranış qaydalarının aşılanması olub.

İki hissədən ibarət təlimin nəzəri hissəsi çərçivəsində FHN-in əməkdaşları tərəfindən mərkəzin kollektivinə yanğın təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər, hotellərdə baş verə bilən yanğınlar zamanı davranış qaydaları və təxliyə barədə ətraflı məlumat verilib, bu barədə videoçarxlar nümayiş etdirilib.

Sonra təlimin praktiki hissəsinə start verilib.

Belə ki, şərti yanğın zamanı "Həyəcan" siqnalı verildikdən sonra FHN-in yanğın-xilasetmə qüvvələri operativ qaydada hadisə yerinə çataraq, "yanğınla mübarizə" tədbirlərinə başlayıblar.

Həmçinin, şərti yanğın baş vermiş mehmanxanada təxliyə planına uyğun olaraq, "zərərçəkmişlərin" təhlükəsiz yerə təxliyəsi həyata keçirilib və "yanğın" qısa müddətdə söndürülüb.

Təlim uğurla başa çatıb və qarşıya qoyulmuş məqsədlərə nail olunub.

FHN Şuşa Hotel-Konqres Mərkəzi Kompleksində təlim keçirib

Oxşar xəbərlər

FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti "açıq qapı günü" tədbirləri keçirib
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər