İtaliya Dünya Kuboku təklifini rədd etdi: "Nə mümkün, nə də uyğun deyil"
İtaliya hökuməti ölkənin 2026-cı il Dünya Kubokuna sonradan qoşulması ilə bağlı təklifi qəbul etməyib.
Far.Az xəbər verir ki, İtaliyanın idman naziri Andrea Abodi bildirib ki, bu cür addım nə mümkün, nə də uyğun sayılır. O vurğulayıb ki, dünya çempionatına vəsiqə yalnız meydanda qazanılmalıdır.
Məlumata görə, təklif ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Paolo Zampolli tərəfindən irəli sürülüb. O, İtaliyanın İranın əvəzinə turnirdə iştirak etməsini təklif edib və bunu ölkənin futbol tarixindəki uğurları ilə əsaslandırıb.
Lakin İtaliya tərəfi bu yanaşmanı qəbul etməyib. Nazir qeyd edib ki, seçmə mərhələlərdən kənar bu cür qərarlar idman prinsiplərinə ziddir.
Hazırda İranın turnirdə iştirakı ilə bağlı vəziyyət tam aydın deyil. Bununla belə, FIFA prezidenti Gianni Infantino daha əvvəl İranın yarışda iştirak edəcəyini bildirib.
Qeyd olunur ki, əgər İran turnirdən kənarlaşdırılarsa, onun yerini İtaliya deyil, Asiya zonasından ən yüksək reytinqli komanda tuta bilər.
Oxşar xəbərlər
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Bakıda idman gimnastikası üzrə Dünya Kubokuna start verilib
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Nazir Arzu Qarazadəyə vəzifə verdi
-
Martın 15-i keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub
-
Bahar Muradova: "Qadınların şəhərsalmada iştirakı keyfiyyətli quruculuğunun vacib şərtidir"
-
Türkiyə ilə Böyük Britaniya arasında tərəfdaşlıq haqqında sənəd imzalanıb
-
"Sabah" - "Qarabağ" oyununda baş hakimin qərarlarının doğru olduğu təsdiqlənib
-
ARDNF I rübdə 22 ton qızıl satıb













