VII sinif şagirdi məktəbdə özünə xəsarət yetirdi – SƏBƏB
Bakıda yerləşən 145 nömrəli tam orta məktəbdə VII sinifdə oxuyan qız şagirdin özünə xəsarət yetirməsi hadisəsi baş verib.
Far.Az apa tv-yə istinadən xəbər verir ki, hadisə aprelin 23-də qeydə alınıb. Yeniyetmə məktəbin sanitar qovşağında kəsici alətdən istifadə edərək özünə xəsarətlər yetirib. Hadisəni görən sinif yoldaşları dərhal müəllim və məktəb rəhbərliyinə məlumat veriblər.
Məktəb administrasiyasının açıqlamasına əsasən, şagirdə operativ şəkildə ilkin tibbi yardım göstərilib, daha sonra təcili tibbi yardım xidməti çağırılıb və valideyn məlumatlandırılıb. Onun vəziyyətinin stabil olduğu bildirilir.
İlkin məlumatlara görə, yeniyetmə bu addımı sinif yoldaşlarının onu videoya çəkib sosial şəbəkələrdə paylaşacaqları ilə bağlı təhdidlərdən sonra atıb.
Oxşar xəbərlər
Sumqayıtda 36 nömrəli tam orta məktəbin yenidənqurmadan sonra açılışı olub
Azərbaycan məktəblərində 263 müəssisədə sanitar pozuntu aşkarlanıb
Məktəbin ilk günündən FOTOLAR
Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə tədris prosesinə başlanılıb
Müəllim şagirdi saçını qısaltmağa məcbur edə bilər?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Nazir Arzu Qarazadəyə vəzifə verdi
-
Martın 15-i keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub
-
Bahar Muradova: "Qadınların şəhərsalmada iştirakı keyfiyyətli quruculuğunun vacib şərtidir"
-
Türkiyə ilə Böyük Britaniya arasında tərəfdaşlıq haqqında sənəd imzalanıb
-
"Sabah" - "Qarabağ" oyununda baş hakimin qərarlarının doğru olduğu təsdiqlənib
-
ARDNF I rübdə 22 ton qızıl satıb













