Həftəsonu bu küçələrdə HƏRƏKƏT MƏHDUDLAŞDIRILACAQ
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakıda vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün həftəsonu daha 3 ünvanda təmir işləri aparacaq.
Far.Az Agentliyə istinadən xəbər verir ki, təmir aşağıdakı ünvanları əhatə edəcək:
1. Səməd Vurğun küçəsi (Salatın Əsgərova – Füzuli küçələri arası)
2. Rəşid Behbudov küçəsi (28 May – Şəmsi Bədəlbəyli küçələri arası)
3. Heydər Əliyev prospektinin əsas və yan yolu (Müzəffər Nərimanov – Ələsgər Qayıbov küçələri arası, şəhər istiqamətində)
Təmir işlərinə bu gün saat 23:00-da başlanılacaq və 26 aprel saat 07:00-a qədər yekunlaşdırılması planlaşdırılır. Rəşid Behbudov küçəsində hazırlıq işlərinə daha erkən başlanılacaq.
Asfalt-beton örtüyünün yenilənməsi çərçivəsində qeyd olunan ünvanlarda işlərin mərhələlərinə uyğun olaraq nəqliyyat vasitələrinin hərəkəti qismən və tam məhdudlaşdırılacaq.
"Sürücülərdən xahiş olunur ki, qeyd olunan müddətdə həmin ərazilərdə sıxlığın yaranmaması üçün əvvəlcədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etsinlər", - deyə agentlik bəyan edib.
Oxşar xəbərlər
İlham Əliyev Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında iştirak edib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Avtobusdan istifadə edənlərin NƏZƏRİNƏ! marşrutların hərəkət sxemi...
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Nazir Arzu Qarazadəyə vəzifə verdi
-
Martın 15-i keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub
-
Bahar Muradova: "Qadınların şəhərsalmada iştirakı keyfiyyətli quruculuğunun vacib şərtidir"
-
Türkiyə ilə Böyük Britaniya arasında tərəfdaşlıq haqqında sənəd imzalanıb
-
"Sabah" - "Qarabağ" oyununda baş hakimin qərarlarının doğru olduğu təsdiqlənib
-
ARDNF I rübdə 22 ton qızıl satıb













