Azərbaycan və Lüksemburq Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr olub
Lüksemburqda Azərbaycan ilə Lüksemburq Böyük Hersoqluğunun Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.
Bu barədə "Report"a Azərbaycanın Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Bildirilib ki, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Lüksemburq tərəfinə isə bu ölkənin Xarici və Avropa İşləri Nazirliyinin Siyasi Departamentinin rəhbəri Veronik Dokendorf rəhbərlik edib.
Məsləhətləşmələr zamanı tərəflər ikitərəfli əməkdaşlıq məsələləri üzrə geniş fikir mübadiləsi aparıblar. Bu çərçivədə siyasi əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri, konsulluq sahəsində əməkdaşlıq, iqtisadi münasibətlər, habelə təhsil, elm və mədəniyyət sahələrində humanitar əlaqələr nəzərdən keçirilib.
Tərəflər davamlı siyasi dialoqun təmin olunması baxımından qarşılıqlı səfərlərin və beynəlxalq tədbirlər çərçivəsində təmasların əhəmiyyətini vurğulayıblar.
Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, o cümlədən namizədliklərin qarşılıqlı dəstəklənməsi məsələləri müzakirə olunub.
Məsləhətləşmələr zamanı regionda mövcud vəziyyət, Ermənistan–Azərbaycan normallaşma prosesi, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa, yenidənqurma və minatəmizləmə işləri, eləcə də qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində F.Rzayev həmçinin Lüksemburqda bir sıra işgüzar görüşlər keçirib, eləcə də Lüksemburq Universitetində dəyirmi masa formatında təşkil olunan müzakirələrdə iştirak edib.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İtv-nin baş direktoru vəzifəsinə sənəd qəbulu başlayıb
-
Kobaxidze: Zurab Pataradzenin səfirliyi dövründə Azərbaycanla münasibətlər yeni mərhələyə yüksəlib
-
Gəncədə dəm qazı can aldı
-
Tehran geri addım atmır: Danışıqlar donduruldu, ABŞ-yə şərt irəli sürüldü
-
Tramp Ağ Evdə Livan və İsrail arasında keçiriləcək danışıqlarda şəxsən iştirak edəcək
-
Nurəddin Rəcəbov: "Komandamız Avropanın ən güclüsü olub"













