Bakıda İkinci Dünya müharibəsi iştirakçılarının xatirəsi anılıb
Bakıda Yasamal qəbiristanlığında İkinci Dünya müharibəsi iştirakçılarının memorial məzarlığı önündə faşizm üzərində Qələbə Gününün ildönümünə həsr olunmuş xatirə aksiyası keçirilib.
"Report" xəbər verir ki, tədbirdə Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov, diplomatik missiyanın əməkdaşları, Azərbaycan Rus İcmasının, ictimai təşkilatların nümayəndələri və paytaxt sakinləri iştirak ediblər.
Aksiya iştirakçıları İkinci Dünya müharibəsinin iştirakçısı olan 200 hərbi qulluqçunun dəfn edildiyi memorialın önünə güllər düzüblər.
"Azərbaycan üçün İkinci Dünya müharibəsi qəhrəmanlarının xatirəsi müqəddəsdir. Xalqımız cəbhədə mərdlik, arxa cəbhədə isə fədakarlıq nümayiş etdirərək müharibənin ən ağır sınaqlarından şərəflə keçib. Yüzminlərlə azərbaycanlı Vətəni müdafiə etməyə yollanıb, minlərlə insan dinc gələcək uğrunda canından keçib, Bakı nefti isə qələbənin strateji dayağına çevrilib", - Azərbaycanın Rus İcması sədrinin birinci müavini Anastasiya Lavrina bildirib
O, tarixi yaddaşın qorunub saxlanılmasında dövlətin rolunu qeyd edib: "Bu gün prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ölkədə veteranların, müharibə qəhrəmanlarının xatirəsi və tarixi həqiqət ardıcıl olaraq qorunub saxlanılır. Qələbə irsinə qayğı, yaşlı nəslə hörmət və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi dövlət siyasətinin mühüm hissəsi olaraq qalır".
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Dövlət rəsmiləri Hərbi Memorial Məzarlığı ziyarət ediblər
Prezident Gəncə Memorial Kompleksinin açılışında iştirak edib
I Qarabağ müharibəsinin daha üç itkin-şəhidi dəfn olunub
Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Xankəndidə şəhərdaxili avtobus marşrutları fəaliyyətə başlayır
-
Xankəndidə "Yaradan" sənədli filminin təqdimatı keçirilib
-
Gəncədə qonşular arasında dava - Bıçaqlanan var
-
Azərbaycan güləşçisi İslam Bazarqanov Avropa çempionatında finala yüksəlib
-
Avropa çempionatında üçüncü olan Jalə Əliyeva: "Məqsədim qızıl medal qazanmaq idi"
-
Türkiyədə məktəblərdə baş verən cinayətlər fonunda Təhsil Nazirliyində kadr dəyişikliyi olub













