ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib
Far.Az xəbər saytı

ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib


ABŞ Prezidenti Donald Tramp təhlükəsizlik sahəsində insidentdən sonra Vaşinqtondakı otellərdən birində keçirilən Ağ Ev Müxbirləri Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib.

"Far.Az"un məlumatına görə, bu barədə C-SPAN telekanalı məlumat yayıb.

Yayımlanan görüntülərə görə, zalda yüksək səslər eşidilib, bundan sonra çaxnaşma baş verib. ABŞ Məxfi Xidmətinin əməkdaşları Prezidenti, birinci xanım Melaniya Trampı, Vitse-prezident Cey Di Vensi və Ağ Evin Mətbuat katibini zaldan çıxarıblar.

"Axios" portalının müxbiri Barak Ravid "X" sosial şəbəkəsində bildirib ki, tədbirdən qısa müddət əvvəl zalda silah səsləri eşidilib.

Daha sonra atışmanın tədbirin keçirildiyi Vaşinqton Hilton Otelinin foyesində baş verdiyi bildirilib. Keytlin Kollins CNNN-in efirində bildirib ki, silahlı şəxs zərərsizləşdirilib.

Bu arada, Ağ Evin Mətbuat xidmətinin əməkdaşları ABŞ Məxfi Xidmətinə istinadən hücumçunun tutulduğunu bildiriblər. Bu baxımdan onun taleyi ilə bağlı məlumatlar ziddiyyətli olaraq qalır.

ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib

Oxşar xəbərlər

Bu günün valyuta məzənnələri
Azərbaycanda 1 lirə 5 qəpikdən aşağı düşüb
Ali məktəblərə qəbulun nəticələri açıqlanıb
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
Zorakılıq qurbanlarını necə mühafizə edək? - ARAŞDIRMA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər