Amerikada "NASCAR" yarışlarında 30-dək avtomobilin iştirakı ilə qəza baş verib
Talladeqa (ABŞ) super sürətli yolunda keçirilən "NASCAR Cup Series" mərhələsinin 115-ci dövrəsində bir çox avtomobilin iştirakı ilə toqquşma baş verib.
Bu barədə "Report" yerli idman telekanallarına istinadən xəbər verir.
İnsidentə Ross Çesteyn və həmin vaxt liderlik edən Bubba Uollesin maşınları arasındakı təmas səbəb olub. Bu, avtomobilin idarəetməsinin itirilməsinə və yarışçıların sıx pelotonunda fırlanmasına gətirib çıxarıb. Nəticədə aralarında seriyanın bir neçə aparıcı komandasının bolidlərinin də olduğu 27-yə qədər maşını əhatə edən zəncirvari reaksiya baş verib.
Qəza trasın üzərində qatı tüstü buludunun yaranmasına səbəb olub, bundan sonra təşkilatçılar yarış zolağının təmizlənməsi və zədələnmiş avtomobillərin texniki vəziyyətinin qiymətləndirilməsi üçün yürüşün dayandırılması barədə qərar qəbul ediblər.
Təşkilatçılar dəqiqləşdiriblər ki, yarışçılar ciddi xəsarət almayıblar.
Təmizlik işləri başa çatdıqdan və trasın vəziyyəti yoxlanıldıqdan sonra yarış bərpa edilib. Mərhələnin qalibi Kris Buşer və Aleks Boumanı qabaqlayaraq finişə çatan Karson Hosevar olub. Hosevar üçün bu zəfər "NASCAR Cup" seriyasında debüt qələbəsi və onun "Spire Motorsports" komandası üçün əhəmiyyətli nəticə olub.
Oxşar xəbərlər
Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün IX sinif şagirdləri imtahan veriblər - YENİLƏNİB
-
Süd BAHALAŞACAQ
-
Yaponiyada 1400 yanğınsöndürən güclü meşə yanğınları ilə mübarizə aparır
-
İranda "İnternet Pro" məhdudiyyətləri müvəqqəti xarakter daşıyır
-
7 yaşlı Səid fitri istedadı ilə hər kəsi heyrətləndirdi
-
Azərbaycan hərbçiləri "EFES-2026" təlimində iştirak üçün Türkiyəyə yola düşüblər













