Milli Məclis WUF13-lə əlaqədar əlavə sazişi ratifikasiya edib
Far.Az xəbər saytı

Milli Məclis WUF13-lə əlaqədar əlavə sazişi ratifikasiya edib


Milli Məclis Ümumdünya Şəhərsalma Forumun 13-cü sessiyası (WUF13) ilə əlaqədar təşklati və maliyyə məsələləri ilə barədə əlavə sazişi ratifikasiya edib.

Far.Az report-a istinadən xəbər verir ki, parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı arasında 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyası ilə əlaqədar təşkilati tədbirlər və maliyyə məsələləri barədə əlavə Saziş"in təsdiqinə dair qanun layihəsinə əsasən, sənəd 2026-cı il yanvarın 15-də Cenevrə şəhərində imzalanıb.

Bildirilib ki, sazişin imzalanmasında əsas məqsəd Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyası (WUF13) ilə əlaqədar təşkilati tədbirləri və maliyyə məsələlərini nizama salmaqdır.

Sazişdə tədbirin keçirilmə yeri kimi Bakı Olimpiya Stadionu, keçirilmə tarixi isə 17-22 may 2026-cı il müəyyən edilib.

Sənədə əsasən, tədbirin keçirildiyi dövrdə təhlükəsizlik tədbirlərinə dair tələblər, fors-major, iştirak üçün fərd və nümayəndələrin dairəsi, maliyyə tənzimləmələri və öhdəliklər, yaranacaq əlavə xərclər, istifadə olunmalı olan bank hesabları, valyuta növü, BMT-nin Məskunlaşma Proqramına dair öhdəliklərlə bağlı məsələlər, məkanlar, yerləşdirmə, təchizat, xidmətlər, sərgi, telekommunikasiya, yerli heyət, məxfilik və digər vacib məsələlər tənzimlənir.

Müzakirələrdən sonra layihə səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.

Oxşar xəbərlər

"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
Media nümayəndələri üçün WUF13 haqqında məlumatlandırma sessiyası keçirilib
İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
WUF13-ün təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin növbəti iclası keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər