"Škoda" Bakı metrosu üçün qatar tədarükü üzrə tenderə maraq göstərir
Far.Az xəbər saytı

"Škoda" Bakı metrosu üçün qatar tədarükü üzrə tenderə maraq göstərir


Çexiyanın maşınqayırma nəhəngi olan "Škoda Group", xüsusilə də "Škoda Transportation" şirkəti Bakı metrosu üçün qatarların tədarükü üzrə tenderdə iştirak etmək niyyətindədir.

"Far.Az" xəbər verir ki, bu barədə Çexiyanın informasiya agentlikləri ölkənin Baş naziri Andrey Babişlə Azərbaycan Prezidenti İlham Əliyev arasında Qəbələdə aparılmş danışıqların yekunları əsasında məlumat yayıb.

Məlumata görə, danışıqlarda Bakı ilə Praqa arasında hökumətlərarası komissiya, təhsil sahəsində, xüsusilə universitetlər arasında əməkdaşlığın gücləndirilməsi, enerji və müdafiə sənayesi sahəsində əlaqələrin genişləndirilməsi məsələləri də müzakirə edililib.

Agentliklər qeyd edirlər ki, Andrey Babişlə birlikdə nümayəndələri Azərbaycana gələn bir çox Çexiya şirkəti artıq ölkədə fəaliyyət göstərir.

Oxşar xəbərlər

Qəbələdə Çexiyanın Baş naziri Andrey Babişin rəsmi qarşılanma mərasimi olub
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər