Azərbaycan "Yaşıl büdcə"nin tətbiqi ilə bağlı müzakirələrdə iştirak edib
Far.Az xəbər saytı

Azərbaycan "Yaşıl büdcə"nin tətbiqi ilə bağlı müzakirələrdə iştirak edib


Azərbaycan Özbəkistanın Səmərqənd şəhərində "Yaşıl büdcə"nin tətbiqi ilə bağlı müzakirələrdə iştirak edib.

"Report" bu batədə Maliyyə Nazirliynə istinadən xəbər verir.

Məlumata görə, müzakirələr "IV Dövlət maliyyəsinin idarə edilməsi sahəsində təcrübə mübadiləsi" üzrə beynəlxalq konfransda baş tutub. Özbəkistanın İqtisadiyyat və Maliyyə Nazirliyinin Rusiyanın Maliyyə Nazirliyi ilə birgə təşkil etdiyi konfransın məqsədi MDB ölkələrinin müvafiq qurumları arasında dövlət maliyyə idarəçiliyi sahəsində əməkdaşlığın gücləndirilməsi və peşəkar təcrübə mübadiləsinin genişləndirilməsidir.

Azərbaycanın Maliyyə Nazirliyinin Büdcə şöbəsinin, Dövlət Xəzinədarlığı Agentliyinin və Nazirliyin Ortamüddətli xərclər çərçivəsinin hazırlanması mərkəzinin əməkdaşlarının da iştirak etdiyi tədbirdə "Azərbaycanda büdcə planlaşdırılması və büdcə xərclərinin səmərəliliyinin monitorinqi sahəsində islahatlar" mövzusunda təqdimat edilib, iştirakçıların sualları cavablandırılıb.

Konfrans çərçivəsində həmçinin nəticəəsaslı büdcənin tətbiqi prosesində büdcə alətlərindən istifadə, büdcə prosesinin rəqəmsallaşdırılması, yaşıl büdcə və süni intellektin tətbiqi mövzularında müzakirələr aparılıb.

Oxşar xəbərlər

Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Leyla Əliyeva Türkmənistanda beynəlxalq konfransda iştirak edib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər