Sabah Balakən və Hacıqabulun bir hissəsi qazsız qalacaq
Far.Az xəbər saytı

Sabah Balakən və Hacıqabulun bir hissəsi qazsız qalacaq


Balakən rayonunun bəzi kəndlərində qaz təchizatında fasilə yaranacaq.

Far.Az xəbər verir ki, buna səbəb qaz xətlərində aşkar olunmuş sızmaların aradan qaldırılması ilə bağlı aparılacaq təmir işləridir.

Bildirilib ki, aprelin 28-də saat 09:00-dan etibarən rayonun Katex və Beretbinə kəndlərində qazın verilişi müvəqqəti dayandırılacaq.

Qeyd olunub ki, qaz təchizatı aparılan işlər başa çatdıqdan sonra bərpa olunacaq.

Sabah saat 10:00-dan etibarən "Rəncbər", "Hacıqabul-2" və "Şirvan Əhali" ölçü qovşaqlarından da qaz təchizatının dayandırılması planlaşdırılır.

Salyan Regional Qaz İstismar İdarəsinin yaydığı məlumatda bildirilib ki, qaz təchizatının dayandırılması yaz-yay mövsümü ilə bağlı qaz ölçü qovşaqlarında quraşdırılmış mövcud daraldıcı qurğuların sərfiyyata uyğun yeni daraldıcı qurğularla əvəzlənməsi işləri ilə əlaqədardır.

Qeyd edilib ki, təmir aparılan müddətdə Hacıqabul rayonunun 5 kəndində - Rəncbər, Navahi kəndi, Stansiya Nəvahi, Pirsaat, Qubalıbaloğlan kəndlərində, 62 qeyri-yaşayış sahəsində (ümumi 2716 abonent), o cümlədən Şirvan şəhərinin bir hissəsinin (ümumi 4705 abonent) qaz təchizatında fasilə yaranacaq.

Oxşar xəbərlər

FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib
Bakıda yaz mövsümü ilə əlaqədar genişmiqyaslı daxili iməcilik keçirilib
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda yaz mövsümü ilə bağlı 556 küçə yuyulub - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər