Qazaxıstanın qərbinə PUA olduğu ehtimal edilən obyekt düşüb
Far.Az xəbər saytı

Qazaxıstanın qərbinə PUA olduğu ehtimal edilən obyekt düşüb


Qazaxıstanın qərbinə, Aktöbe vilayətinə pilotsuz uçuş aparatı (PUA) olduğu ehtimal edilən obyekt düşüb.

"Report" Qazaxıstan mediasına istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları faktla bağlı yoxlamalara başlayıb. Qeyd olunur ki, sosial şəbəkələrdə yayılan videoda partlayış anı əks olunub.

"Aktöbe vilayətinin Polis Departamenti səlahiyyətli xidmətlərlə birgə Karqalı rayonunda PUA-nın qalıqlarına bənzər əşyaların aşkarlanması faktı üzrə yoxlama tədbirləri həyata keçirir. Obyekt yaşayış məntəqəsinin ərazisindən kənarda aşkarlanıb. Hadisənin bütün halları araşdırılır", - məlumatda bildirilib.

Nəşrlər qeyd edib ki, bu, son bir ildə Qazaxıstanın qərbində baş vermiş ilk belə hadisə deyil. 2025-ci il fevralın 18-də Qərbi Qazaxıstan vilayətinin Bökeyorda rayonunun Uyalı kəndi yaxınlığında da PUA aşkarlanmışdı.

Oxşar xəbərlər

Bakıda obyektdə güclü PARTLAYIŞ - 7 nəfər xilas edilib, yaralılar var
"Elmi Nəşrlər" Azərbaycanda: əməkdaşlığın genişləndirilməsi və alimlərin dəstəyi
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda "Qərbi azərbaycanlıların milli geyim irsi" albom-kitabın təqdimatı keçirilib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər