Daşqınlara qarşı yeni mərhələ: Nələr dəyişəcək?
"Son dövrlər baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması ilə bağlı cənab Prezident tərəfindən imzalanmış Sərəncam kompleks və çoxşaxəli yanaşmanı özündə əks etdirir".
Bunu BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.
Onun sözlərinə görə, Sərəncam yalnız mövcud problemlərin həllinə deyil, eyni zamanda oxşar halların gələcəkdə təkrarlanmaması üçün qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə hesablanıb:
"Bu, kifayət qədər əhatəli və bütün əsas məqamları nəzərə alan bir sənəddir. Sərəncamda su anbarlarının tikintisi, çayların dərinləşdirilməsi, kollektor sistemlərinin genişləndirilməsi, su, kanalizasiya və drenaj xətlərinin yenilənməsi və yeni infrastrukturun qurulması kimi vacib istiqamətlər yer alır. Bu addımlar hazırkı şəraitdə olduqca zəruridir və peşəkar yanaşmanın göstəricisidir".
V.Oruc vurğulayıb ki, sənəddə zərər çəkmiş vətəndaşlara dəstək məsələsinə də xüsusi diqqət ayrılıb. Onun fikrincə, bu yanaşma dövlətin sosial və humanist siyasətinin bariz nümunəsidir:
"Qanunvericiliyə əsasən, sənədsiz evlərə kompensasiya verilməsi nəzərdə tutulmur. Buna baxmayaraq, sərəncamda belə evlərə də yardım göstərilməsi, təmir və bərpa xərclərinin dövlət büdcəsi hesabına ödənilməsi ilə bağlı göstərişin verilməsi çox mühüm və humanist addımdır. Bu, dövlətin öz vətəndaşına sahib çıxmasının real təzahürüdür".
AQC sədri hesab edir ki, problemlərin köklü şəkildə həlli üçün həm sosial tədbirlər, həm də texnogen və təbii risklərin qarşısının alınmasına yönəlmiş müasir sistemlərin qurulması vacibdir:
"Erkən xəbərdarlıq mexanizmlərinin yaradılması, daşqınlara qarşı həssas və müasir standartlara uyğun idarəetmə sisteminin formalaşdırılması xüsusi əhəmiyyət daşıyır. Bu yanaşma həm təhlükəsizliyi artırır, həm də mümkün itkilərin minimuma endirilməsinə imkan verir".
Sonda Vüqar Oruc qeyd edib ki, nəzərdə tutulan tədbirlər vaxtında və effektiv şəkildə icra olunarsa, xüsusilə Bakı şəhərində bu kimi problemlərin təkrarlanma ehtimalı əhəmiyyətli dərəcədə azalacaq:
"Əsas məsələ Sərəncamda nəzərdə tutulan işlərin operativ və düzgün şəkildə həyata keçirilməsidir. Bu təmin olunarsa, gələcəkdə analoji hallarla qarşılaşmaq riski minimuma enəcək".
Orxan Hüseyn
Oxşar xəbərlər
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Zaur Mikayılov: "Dövlət Proqramının real nəticələrini insanlar 2029-cu ildən hiss edəcəklər" - MÜSAHİBƏ
Zaur Mikayılov: "Dövlət Proqramının real nəticələrini insanlar 2029-cu ildən hiss edəcəklər"
İlham Əliyevin sədrliyi ilə Bakı və Abşeronda su təchizatına dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB
Azərbaycanlı məşhurlar Ramazanda oruc tutacaqlar?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda "birbaşa gömrük təmsilçiliyi" imkanları artırılır
-
Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb
-
Bank kartları necə oğurlanır? - Ən təhlükəli üsullar və riskli ölkələr
-
"Politico": Ekspertlər Trampın ritorikası səbəbindən neft bazarındakı gərginliyin daha da pisləşəcəyini gözləyirlər
-
Devid Morens ABŞ-də COVID-19 sənədlərini gizlətməkdə ittiham olunur
-
"Reuters": ABŞ-də İranla müharibənin bitməsinin elan edilməsi nəzərdən keçirilir













