Bakı və Maskat statistika sahəsində qarşılıqlı fəaliyyəti müzakirə ediblər
Far.Az xəbər saytı

Bakı və Maskat statistika sahəsində qarşılıqlı fəaliyyəti müzakirə ediblər


Azərbaycan və Oman statistika və informasiya texnologiyaları sahəsində əməkdaşlığı müzakirə ediblər.

"Far.Az" xəbər verir ki, bu barədə Azərbaycanın Omandakı səfirliyinin məlumatında bildirilib.

Məlumata görə, aprelin 29-da Azərbaycanın Omandakı səfiri Rəşad İsmayılov Omanın Milli Statistika və İnformasiya Mərkəzinin icraçı direktoru Xalifa bin Abdullah bin Həməd Əl Bərvani (Dr. Khalifa bin Abdullah Al Barwani) ilə görüşüb.

"Görüş zamanı Omanın Milli Statistika və İnformasiya Mərkəzinin mandatı və funksiyalarına uyğun olaraq statistika və informasiya texnologiyaları sahəsində əməkdaşlığın mümkün istiqamətləri nəzərdən keçirilib. Həmçinin, qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi baş tutub. ",- məlumatda qeyd olunub.

Oxşar xəbərlər

Mehriban Əliyeva Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisinin açılışında iştirak edib
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Leyla Əliyeva Maskatda Oman Milli Muzeyində və Mutrah bazarında olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər