Onlayn ticarət çətinləşir - Qiymətlər bahalaşacaq?
"Xaricdən edilən onlayn sifarişlərlə bağlı nəzərdə tutulan dəyişikliklər nəticəsində ilkin mərhələdə sifarişlərin sayında azalma müşahidə olunacaq. Bu, qısa müddətdə dövlət büdcəsinə daxilolmaların artmasına da səbəb ola bilər".
Bunu Far.Az-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.
Onun sözlərinə görə, logistika və daşınma şirkətlərinin fəaliyyətində müəyyən çətinliklər yarana bilər:
"Onlayn ticarət şəbəkəsi ilkin dövrlərdə adaptasiya dövrü keçirəcək və bu mərhələdə müəyyən itkilər qaçılmaz olacaq. Lakin sonradan sistemə uyğunlaşma və yeni şəraitə adaptasiya prosesi baş verəcək.
Gələcəkdə daha çox kiçik sifarişlər deyil, iri həcmli sifarişlərin üstünlük təşkil edəcəyi gözlənilir. "Alibaba", "AliExpress", "Temu" və "Trendyol" kimi beynəlxalq elektron ticarət platformaları da bu dəyişikliklərdən müəyyən payda təsirlənəcək və dövriyyələrində azalma müşahidə oluna bilər.
Bu proses vətəndaşlar arasında müəyyən narazılıqlara da səbəb ola bilər. Çünki yeni qaydalar, qeydiyyat və bəyanetmə prosedurları əlavə inzibati yük yaradır. Eyni zamanda, sifariş prosesinin uzanması və məhdudiyyətlər insanların daha çox daxili bazara yönəlməsinə gətirib çıxara bilər".
AQC sədri əlavə edib ki, bu vəziyyətdə daxili topdansatış şəbəkələri müəyyən üstünlük qazana bilər:
"Çünki vətəndaşların birbaşa sifariş edə bilmədiyi məhsulların topdan şəkildə təmin olunması daxili bazar vasitəsilə həyata keçirilə bilər.
Ümumilikdə, bu proses Azərbaycanda yerli bazarın qorunması məqsədi daşısa da, qısa müddətdə onlayn sifarişlərin əvvəlki asanlığının artıq olmayacağını göstərir. Bu isə müəyyən məhsullar üzrə təklifin azalmasına və daxili bazarda rəqabətin zəifləməsinə, nəticədə isə qiymətlərdə dəyişikliklərə səbəb ola bilər.
Bununla belə, bu addımın dövlət büdcəsinin qorunması, vergi daxilolmalarının artırılması və yerli sahibkarların maraqlarının müdafiəsi baxımından preventiv tədbir olduğu qeyd edilir. Bir müddət sonra isə yaranan narazılıqların azalacağı, yeni sistemə uyğunlaşmanın baş verəcəyi və vətəndaşların bu qaydalara adaptasiya olacağı proqnozlaşdırılır".
Orxan Hüseyn
Oxşar xəbərlər
Azərbaycanlı məşhurlar Ramazanda oruc tutacaqlar?
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Azərbaycanda qiymətləndiricilər üçün yeni məlumat platforması yaradılıb
“Alibaba” “DeepSeek”ə qarşı süni intellekt modelinin yeni versiyasını təqdim edib
Bünövrədən, yoxsa hazır binadan: hansı mənzilləri almaq daha sərfəlidir?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda "birbaşa gömrük təmsilçiliyi" imkanları artırılır
-
Bank kartları necə oğurlanır? - Ən təhlükəli üsullar və riskli ölkələr
-
"Politico": Ekspertlər Trampın ritorikası səbəbindən neft bazarındakı gərginliyin daha da pisləşəcəyini gözləyirlər
-
Devid Morens ABŞ-də COVID-19 sənədlərini gizlətməkdə ittiham olunur
-
"Reuters": ABŞ-də İranla müharibənin bitməsinin elan edilməsi nəzərdən keçirilir
-
Mingəçevirdə "Prezident Kuboku-2026" beynəlxalq turnirinin açılış mərasimi keçirilib













