Azərbaycanda qiymətləndiricilər üçün yeni məlumat platforması yaradılıb
Far.Az xəbər saytı

Azərbaycanda qiymətləndiricilər üçün yeni məlumat platforması yaradılıb


Azərbaycanda qiymətləndirmə sektorunda fəaliyyət göstərən Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) yenilənmiş aqc.az internet saytının rəsmi təqdimat mərasimini keçirib.

"Far.Az" xəbər verir ki, tədbirdə AQC İdarə Heyətinin üzvləri, ictimaiyyət nümayəndələri və media təmsilçiləri iştirak ediblər.

AQC sədri Vüqar Oruc bildirib ki, yeni platforma cəmiyyətin fəaliyyətinin beynəlxalq standartlara inteqrasiyası və ictimaiyyət üçün daha əlçatan olması baxımından mühüm addımdır.

O qeyd edib ki, saytda tətbiq edilən yeniliklər həm qiymətləndiricilər, həm də vətəndaşlar üçün əhəmiyyətlidir, bölmələr arasında rahat keçid və istifadəçi dostu mexanizmlər isə platformanın əlçatanlığını artırır.

Oxşar xəbərlər

Azərbaycanlı məşhurlar Ramazanda oruc tutacaqlar?
"Azərbaycan dilini öyrənirik" kitabının təqdimat mərasimi olub
DTA tabeliyindəki qoruq və müəssisələrdəki yeniliklər təqdim olunub
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər