Səid Xətibzadə: ABŞ ilə müharibə hələ bitməyib, İran müdafiə mövqeyini qoruyur
Far.Az xəbər saytı

Səid Xətibzadə: ABŞ ilə müharibə hələ bitməyib, İran müdafiə mövqeyini qoruyur


İranın xarici işlər nazirinin müavini Səid Xətibzadə Tehranın ABŞ və İsraillə münaqişəsinin başa çatmadığını, islam respublikasının müdafiə strategiyasını davam etdirdiyini bəyan edib.

Bu barədə "Far.Az" TASS-a istinadən xəbər verir.

"Düşünürəm ki, müharibənin başa çatdığını demək çətindir. Müharibə bütün cəbhələrdə bitməyincə, sülh təmin oluna bilməz. Buna görə də hesab edirəm ki, İran öz milli təhlükəsizliyini riskə ata bilməz. İran müxtəlif cəbhələrdə yüksək hazırlıq vəziyyətində və müdafiə mövqeyində qalmağa davam edəcək", - diplomat İran XİN-in analitik mərkəzi olan Siyasi və Beynəlxalq Tədqiqatlar İnstitutunun (IPIS) platformasında deyib.

S.Xətibzadə qeyd edib ki, Tehranın məqsədi ABŞ-nin "İran daxilində hər hansı məqsədə nail olmasına" imkan verməyərək "düşməni məğlub etməkdir".

Onun sözlərinə görə, hazırda "bu müharibənin dayandırılmasına və onun əsas səbəblərinin aradan qaldırılmasına diqqət yetirmək" lazımdır. "İslamabadda danışıqlarda və sonra təklif etdiyimiz kimi bununla məşğul olacağıq", - Xətibzadə əlavə edib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
4-ü diplomat olmaqla 17 Azərbaycan vətəndaşı İrandan təxliyə edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər